Sınıqlar zamanı gecikmələr bir çox fəsadlara gətirib çıxarır
01.04.2022 15:16

"Tibbin inkişaf etdiyi bir dövrdə travmalar zamanı sınıqçıya gedilməsini düzgün hesab etmirəm".

 

Aztibb.az APA-ya istinadla xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov "TƏBİB məsləhəti"ndə deyib.

 

O bildirib ki, sınıqçılar bəzən xəstələri daha ağır vəziyyətə salır:

 

"Standart bir söz var ki, "sümük çıxmışdı, yerinə saldım". Bunu bəzən topuq oynağında, bəzən diz oynağında deyirlər. Hansı ki, topuqda və dizdə çıxıq üçün çox ciddi travma olması lazımdır. Topuq 3 yerdən sındıqdan sonra çıxa bilər. Bu səbəbdən vəziyyəti fəsadlaşaraq gələn xəstələrim az deyil. Sınıqçılar arasında möhkəm dartmalar, sərt masajlar nəticəsində xəstənin aldığı travmanı şiddətləndirənlər çoxdur. Mütəxəssis varsa, nə üçün sınıqçıya gedilməlidir?!".

 

O deyib ki, sınıq və ya çıxıq şübhəsi varsa, dərhal mütəxəssisə müraciət edilməlidir:

 

"Gecikmələr bir çox fəsadlara gətirib çıxarır. Əgər vətər qopubsa, o, 3 həftədən sonra yapışır və onu dartıb yerinə salmaq çətin olur və ya sümük sınıbsa, 3 həftə ərzində bitişmə başlayır. 3 həftəyə qədər yumşaq sümük birləşir, 3 həftədən sonra sınıq yeri bərkiməyə başlayır. Bu zaman təzədən sümüyü sındırıb düzəltmək lazım olur".

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub