AQTA-nın Çağrı Mərkəzinə daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılır
01.04.2022 10:53

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətlərinə aid məsələlərlə bağlı AQTA-nın Çağrı Mərkəzinə daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılır, o cümlədən sorğu, sual, ərizə, təklif və şikayətlərin qəbulu, baxılması, araşdırılması və operativ cavablandırılması daim diqqətdə saxlanılır.

Aztibb.az xəbər verir ki, “1003 – Çağrı Mərkəzi”nə daxil olan növbəti şikayət Bərdə rayonunun Mirzəxan kəndində yerləşən sexdə antisanitar vəziyyətdə saçaqlı pendir istehsalı və obyektin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi ilə bağlı olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq qaydada araşdırmalar aparılıb. Yoxlama nəticəsində müəssisənin “Yeyinti məhsulları haqqında” Qanuna zidd olaraq, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi qeydə alınıb. Nəticədə “İnzibati Xətalar Məcəlləsi”nin 220.2-ci maddəsi üzrə inzibati xətanı törətdiyinə görə məsul fiziki şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, qanunların aliliyinin təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin ölçülməsi və yüksəldilməsi, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə AQTA-da Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin mütəmadi təhlili aparılır, müvafiq tədbirlər həyata keçirilir.

Agentlik ümumi fəaliyyətin daha effektiv və səmərəli təşkili üçün vətəndaş cəmiyyəti strukturlarını proseslərdə yaxından, fəal iştiraka dəvət edir, vətəndaş cəmiyyətinin hər bir üzvünü istehlakçı olaraq ictimai nəzarətdə fəal olmağa çağırır. Həmçinin vətəndaşlardan qida sahəsində qarşılaşdıqları neqativ hallarla bağlı “1003 – Çağrı Mərkəzi”nə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub