Hipertoniya problemi və II tip şəkərli diabet ən geniş yayılmış xəstəliklərdəndir
14.03.2022 14:32
Hipertonik xəstəlik və II tip şəkərli diabet ən geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliklər ağırlaşma və ölüm hallarının sayına görə digərlərini qabaqlayır. Sözügedən xəstəliklər arasında əlaqəni aydınlaşdırmaq üçün anatomiyaya nəzər salmaq vacibdir.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu xəstəliklərin səbəblərindən bəhs edərkən belə deyib.
 
Həkimin sözlərinə görə, ürəkdən gələn qan sağ və sol onurğa arteriyası vasitəsilə baş beyinin kötüyünə gedir. Bəs beyin kötüyünün funksiyası nədir? Bu struktur orqanizmin avtomatik proseslərini idarə edir. (Hüceyrə requlyasiyası, tənəffüs, təzyiq, nəbz və s.) Bəs beyin kötüyünə gələn qanın axınında problem yaranarsa nə baş verə bilər? Birinci növbədə, onurğa arteriyalarından qan axınının pozulmasına reaksiya beyin kötüyünün ən həssas hissəsi rombabənzər çuxur reaksiya verəcəkdir. Bu, hissə ürək və damarların requlyasiya mərkəzidir:
 
"Bu zaman nə baş verir? Azalmış qan axınını kompensasiya etmək üçün ürək təzyiqi yüksəlir. Əgər hər hansı bir səbəbdən onurğa arteriyaları sıxılmış vəziyyətdə olarsa daimi hipertoniya xəstəliyi yaranacaqdır. Baxmayaraq ki, bu vəziyyətdə ürək gücləndirilmiş iş rejimində işləyir, beyinə yenə də oksigen azlığı yaranır, enerji də öz növbəsində azalır. Belə bir vəziyyətdə baş beynin digər strukturu olan hipotalamus da prosesə qoşulur və bunun nəticəsində hormonal disbalans yaranır. Baş beyində çatışmayan enerjini kompensasiya etmək üçün qana əlavə qlükoza daxil olur. Nəticədə hipertoniya əmələ gəlmiş xəstəyə əlavə olaraq II tip şəkərli diabet qoşulur.
 
Bəs onurğadan keçən damarların sıxılmasına səbəb nədir? Fəqərələrin yerdəyişməsi, osteoxondroz, protruziya, yırtıqlar. Bu səbəblər tədricən və gözəgörünmədən milyonlarla insanın həyatına son qoyur. Beynəlxalq səhiyyə təşkilatı (BST) arterial hipertoniyanı vaxtından qabaq ölümlərin əsas səbəbi kimi qiymətləndirir. BST-nin verilmiş proqnozlarına əsasən 2025-ci ildə 1,5 milyard insan daim və ya periodik arterial hipertenziya xəstəliyindən əziyyət çəkəcək. Bura öz növbəsində infarkt, insult, şəkərli diabet kimi xəstəliklərin epidemiya xarakteri almasına şərait yaradacaq".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub