Kətan toxumu çayının müalicəvi TƏSİRLƏRİ
14.03.2022 12:00

Kətan toxumunun bir çox müalicəvi təsirləri vardır. Kətan toxumu xalis Omeqa 3 qaynağı olmaqla yanaşı, qanda xolesterolun miqdarını, arterial təzyiqi aşağı salır, ürək-damar xəstəliklərin, xərçəngin və iltihabi xəstəliklərin müalicəsində faydalı təsirlərə malikdir. Kətan toxumunun tərkibindəki kimyəvi birləşmələr qan laxtalanmasının, ürək döyünməsinin, aritmiyanın, ürək damarlarında olan qüsurların, koronar çatışmazlığın, kardiosirkulyator xəstəliklərin müalicəsində çox faydalıdır. Kətan toxumu döş və bağırsaq xərçənginə qarşı qoruyucu təsir göstərir.

 

Aztibb.az xəbər verir ki, kətan toxumunun kimyəvi tərkibi aşağıdakı maddələrdən ibarətdir:


- lutein
- vitamin B1
- vitamin B2
- kolin
- pantotenik
- vitamin B6
- fol turşusu
- vitamin C
- vitamin E
- vitamin K
- pp vitamini
- betain və s.

 

Kətan toxumu çayının faydaları:


- öskürəyi kəsir
- mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır
- ürək xəstəliklərinə müsbət təsir göstərir
- diş əti xəstəliklərini sağaldır
- bədəndə olan bütün iltihabi problemləri aradan qaldırır
- üz və ayaqlarda olan şişkinliyi aradan qaldırır.

 

Kətan toxumunun çayının dəmlənmə üsulu:


20 qram kətan toxumunun üzərinə 1 litr soyuq su tökülür və 10-15 dəqiqə qaynadılır. Sonra çaynik dəsmalla örtülür, 1 saat isti vəziyyətdə saxlanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub