Əl və ayaqlarda keyimə nədən xəbər verir? 
11.03.2022 18:20

Hipesteziya daha tez-tez qollarda, ayaqlarda, barmaqlarda, üzdə əmələ gələn keyimə hissi ilə özünü büruzə verir.

 

Uzman-terapevt Çinarə Səfərova bildirib ki, maddələr müdaliəsi pozulmaları zamanı insan səhər yuxudan oyandıqdan sonra əllərində və barmaqlarında keyimə hiss edir. Üzdə keyimə hissi damar və ya nevroloji problemlərin simptomu ola bilər. Keyimə üzün yalnız bir tərəfində hiss olunursa, bu üçlü sinirin iltihabından xəbər verə bilər.

 

Ç.Səfərova qeyd edib ki, bəzi hallarda hipesteziya fizioloji ola bilər (məsələn, insan uzun müddət ərzində narahat vəziyyətdə oturanda və ya uzananda). Digər hallarda isə hipesteziya orqanizmdə olan ciddi pozulmaların simptomu ola bilər.

 

Əgər keyimiş hissə qızarır və burada səpkilər əmələ gəlirsə, bu, kəmərləyici dəmrov ola bilər. Əllərdə keyimə hissi sinir sistemi və damarların patologiyalarının simptomu ola bilər. Həmçinin bunun səbəbi şiş, beyin qan dövranının pozulması, dağılmış skleroz ola bilər.

 

"Ayaqlarda keyimənin əmələ gəlməsi qan dövranının pozulmasının simptomu ola bilər. Əgər hipesteziya güclü ağrılarla müşayiət olunursa, bu damarların iltihabının, damar çatışmazlığının, aterosklerozun simptomu ola bilər", - deyən həkim qeyd edib ki, bu əlamətlər insanı tez-tez narahat edirsə, mütləq həkimə müraciət etmək lazımdır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub