Nefroloq və uroloq - İnsanların səhv saldığı həkimlər
04.03.2022 17:37
Nefrologiya qərb tibbində ən vacib və önəmli sahələrdən biri olmasına baxmayaraq ölkəmizdə o qədər də aktual sahə deyil və bu gün də böyrəklərində xəstəliyi olan pasiyentlər ilk növbədə uroloqa müraciət edir. Hətta insanların bir çoxu nefroloq sözünü eşidəndə "o nə həkimidir?" deyə sual verir. Bəs əslində necə olmalıdır? Nefroloq kimdir, uroloqdan fərqi nədir və hansı xəstəlikləri müalicə edir?
Aztibb.az xəbər verir ki, həkim-nefroloq Müşfiq Bəbirov bu barədə məlumat paylaşıb. O, bildirib ki, nefroloqun səlahiyyətlərinə qlomerulonefrit, pielonefrit, urolitiyaz, polikistik böyrək xəstəliyi və böyrək çatışmazlığı kimi xəstəliklərin müalicəsi daxildir. Məhz bu mütəxəssis, məsələn, böyrək transplantasiyasından sonra xəstələri müşahidə edir.
Uroloq daha geniş ixtisasa malik həkimdir. O, genitouriya sisteminin və onun ayrı-ayrı orqanlarının xəstəliklərinin diaqnostikası, öyrənilməsi, müalicəsi və profilaktikası ilə məşğul olur. Onun fəaliyyət sahəsinə sistit, stress sidik qaçırma, fimoz, balanit, sidik kisəsi daşları, pielonefrit və sidik-cinsiyyət sisteminin bir çox iltihabi xəstəliklərinin müalicəsi daxildir.
Nefrologiya isə terapevtik sahə olub böyrəyin funksiyasının pozulmasına səbəb olan xəstəlikləri müalicə edir. Daha konkret olaraq bu patologiyalarla nefroloq məşğul olmalıdır:
- Arterial hipertoniya, onun müalicəsi və monitorinqi;
- Su - elektrolit balansına nəzarət;
- Kəskin və xroniki böyrək çatışmamazlığı;
- Qlomerulonefritlər;
- Sidik yollarının xroniki infeksiyaları (bununla eyni zamanda uroloq da məşğul olur);
- Şəkərli diabetin səbəb olduğu nefropatiyalar;
- Sistem xəstəliklərinin səbəb olduğu nefropatiyalar;
- Böyrəklərlə bağlı olan müxtəlif sindromlar və s.
Cərrahi problemlərlə uroloqlar məşğul olur. Sidik yolları və böyrək axarlarının xəstəlikləri, böyrək daşlarının xaric olması, sidik və cinsi sistemin anatomik problemləri, böyrəküstü vəzin xəstəlikləri, cinsi problemlərlə, onkoloji problemlərlə uroloqlar məşğul olur.
Beləliklə, böyrək funksiyalarının pozulması hallarında nefroloq, sidik cinsi sistemin anatomik, cərrahi və onkoloji problemləri zamanı uroloq müalicə etməlidir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

