Prediabetin risk faktorları hansılardır? -  Həkim endokrinoloq
04.03.2022 09:35
Şəkərli diabet müalicə olunmayan xroniki xəstəlikdir. Lakin onu müvəffəqiyyətlə kontrol etmək olar. Bəzən, hətta onun əmələ gəlməsini qabaqlamaq da olur.
 
Aztibb.az-ın xəbərinə görə, bu barədə ATU-nun Tədris Terapevtik Klinikasının həkim endokrinoloqu Könül İsmayılova məlumat verib.
 
Onun sözlərinə görə, prediabet artıq karbohidrat mübadiləsinin pozulması deməkdir. Lakin bu zaman hələ şəkərli diabetdən danışmaq tezdir. Bu, sağlam vəziyyətlə tip 2-ci tip şəkərli diabet arasında bir mərhələdir. Artıq prediabet də ayrıca xəstəlik hesab olunur.
 
Prediabetin risk faktorları hansılardır?
 
- Artıq bədən çəkisi;
- Balanslaşdırılmamış qidalanma;
- Fiziki aktivliyin aşağı olması ilə tarixçəsində şəkərli diabetin olması;
- Yaş;
- Hamiləlik diabeti;
- Yumurtalıqların polikistozu sindromu;
- Yuxuda obstruktiv apnoe sindromu.
 
Həkim bildirib ki, prediabetin dəqiq klinik əlamətləri yoxdur. Pasientlərdə arabir iş qabiliyyətinin aşağı olması, yorğunluq, yaraların gec sağalması kimi şikayətlər ola bilər. Adətən belə adamlarda artıq bədən çəkisi, arterial hipertenziya, ürək-damar sisteminin patologiyası aşkarlanır.
 
Prediabetin laborator göstəriciləri bunlardır:
 
- HbA1c 6-6,4% (norma <6%);
- Aclıq qlukozası >5,6 və 6<mmol/l (norma <5,6mmol/l);
- 2 saatdan sonra Şəkər Yükü Sınağının nəticısi >7,8 və <11 mmol/l (norma <7,8 mmol/l).
 
Həkim diabet xəstələrinə qan şəkərini hər zaman ciddi nəzarətdə saxlamağı tövsiyə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub