“COVID-19-dan sağalmış insanlarda tromblaşma riski nə dərəcədədir? - HƏKİM MƏSLƏHƏTİ      
03.03.2022 12:42
COVID-19 xəstəliyinin kəskin fazası bütün orqanların zədələnməsi ilə müşahidə olunur. O cümlədən, damarların zədələnməsi nəticəsində tromb riski cox yüksək olur. Virus məhv olduqdan sonra bu risk azalsa da, bir müddət yenə təhlükə qalmaqda davam edir. Bu hətta tam sağalmış və özünü yaxşı hiss edən pasiyentlərə də aiddir. Demək olar ki, COVİD-19 xəstəliyindən sagalmış hər 3-cü pasiyent bu risklə qarşılaşır.
 
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev “COVID-19-dan sağalmış insanlarda tromblaşma riski nə dərəcədədir? sualını cavablandırarkən belə deyib.
 
O. deyib ki, bunun başlıca səbəbi ondan ibarətdir ki, virus damarların iç qatı olan endoteli zədələyir. Virus orqanizmdən çıxdıqdan sonra bu endotellər uzun müddət bərpa olur. Endotelin zədələnməsi ilə damarın iç qatı öz funksiyasının itirir və orada tromblaşma prosesi başlayır. Bu prosesin ilkin mərhələsində pasiyentdə heç bir əlamət müşahidə olunmasa da, sonradan infarkt, insult, ağciyər arteriyasının emboliyası, vaksulit və qan təchizatı ilə əlaqədar olan digər problemlər yarana bilər.
 
Bəs koronavirus keçirmiş hansı insanlarda tromblaşma riski daha yüksəkdir?
 
Damarlarının iç qatı koronavirusdan əvvəl də zədəli olan insanlar daha ehtiyatlı olmalıdır. Hipertoniya xəstələrində də endotellər zədələndikdə trobmblaşma riski ikiqat artır. Həmçinin, şəkərli diabet xəstələri və qan laxtalanmasında problemi olan pasiyentlər yüksək tromblaşma riski ilə üz-üzədirlər. Onlar COVID-19 xəstəliyi zamanı daha ehtiyatlı olmalıdırlar. Yanaşı xəstəliyi olmayan, lakin alkoqollu içkilərdən istifadə edən, az su içən, sidikqovucu dərmanlar qəbul edən şəxslər də risk qrupuna daxildir.
 
Qeyd edim ki, burada irsiyyət amili də rol oynayır. Bir həkim kimi koronavirusdan sağalmış insanlara tövsiyəm budur ki, bir müddət həkim nəzarəti altında qalsınlar, onun təyin etdiyi laborator analizləri vaxtı-vaxtında versinlər və lazım olarsa, profilaktik müalicə alsınlar. Eyni zamanda, yeni növ koronavirus infeksiyası keçirmiş xəstələr 3 ay ərzində antikoaqulyant müalicə (qanı duruldan preparatlar) alsınlar. Bu, trombların yaranmasının qarşısını alır. Lakin bu müalicəni özbaşına, kortəbii surətdə etmək olmaz. Bütün müalicələr həkim tərəfindən təyin edilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub