Mineral daşlardan hansı xəstəliklərin müalicəsində istifadə olunur? - Gemmoloq açıqladı
03.03.2022 10:40

Keçmişdən bu günə qədər bir çox mineral daşlar bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Rənginə və növlərinə görə müxtəlif olan mineral daşların hər birinin öz faydası var. Məsələn, sarı rəngli daş görmə və sinir sisteminə müsbət təsir göstərir, bənövşəyi rəng revmatizmi aradan qaldırır, yaşıl rəngli daş isə qan təzyiqini normallaşdırır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, gemmoloq Nazir Nağıyev deyib: “Mineral daşlardan tibbi məqsədlərdə istifadə etməkdə əsas məsələ bədənin müəyyən nöqtələrində ağrının kəsilməsidir. Bir sıra daşlar ağrıkəsici xüsusiyyətlərə malikdir. Tərkibində soyuqluq daşıyan daşlar ağrının əsas kəsicisi sayılır. Dəri üçün ən çox yaqutdan istifadə olunur. Əqiq daşı leykositlərlə əlaqəli daşdır və onlara yaxşı təsir göstərir”.

 

Daşlarla müalicə xüsusilə osteoxondroz və ürək-damar xəstəliyindən əziyyət çəkənlərə tövsiyə olunur, çünki mineral daşlar sinir sisteminə birbaşa təsir göstərir, ürək fəaliyyətini yaxşılaşdırır.

 

“Daşları soyuqda saxlamaq lazımdır, onlar temperaturu soyuqdan alır və ağrının haradan qaynaqlandığını tapır. Daşı əldə saxlamaq da alındakı ağrını kəsə bilər, çünki bilavasitə bədən toxumaları ilə əlaqədə olan sinir sistemi oyanır. Daş isə həmin enerjini bədənin bütün nahiyələrinə yaymağa başlayır”, - deyə gemmoloq qeyd edib.

 

Daşlar bədənə qoyulduqdan sonra öz təsirini göstərmək üçün ən azı yarım saat saxlanılmalıdır. Qeyd edək ki, bu üsulla müalicə yüksək təzyiqli xəstələrə və hamilə qadınlara tövsiyə olunmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub