Demodeks gənələrinin sadə üsulla müalicəsi - Fizuli Hüseynov AÇIQLADI
02.03.2022 20:47
Demodeks adi gənədir, əsasən üzdə parazitlik edəndə üz dərisi səpir, qızarır və şişkinləşir. Xəstəlik inkişaf etdikcə dəridə kələ-kötürlüklər əmələ gəlir. Müalicəsi bəzən illərlə çəkir, həddindən artıq vəsait sərf olunur.
 
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Həkim bildirib ki, parazitlər keçicidir, immuniteti zəif olanlarda daha sürətlə çoxalır və fəsadları ağır olur. 
 
"Müalicə zamanı, məsələn, üzə müxtəlif maskalar qoyduqda gənələr dərinin alt qatlarına keçir. Üzdəki maska və ya dərman vasitəsi yuyulandan sonra yenidən fəallaşır və müalicə illərlə davam edir", - deyə fitoterapevt əlavə edib.
 
Fizuli Hüseynov demodeks gənələrini sadə üsulla müalicə etmək üçün resept təqdim edib. Bildirib ki, bunun üçün sarımsaq əzilir və ya sürtgəcdən keçirilir, suyu hər gün 2-3 dəfə üzə çəkilir. Onu axşamlar hazırlayıb səhərə qədər saxlamaq, səhərlər çəkib axşama qədər saxlamaq, buna əməl etmək mümkün olmadıqda isə gündə 1 dəfə çəkmək lazımdır. Müalicə proseduru təxminən 2 aya bütün üzü təmizləyir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub