Böyrək problemlərinin profilaktikası üçün hansı tədbirlər görülməlidir? - Nefroloq açıqladı
02.03.2022 10:22
Böyrəklər ifrazat sistemində vacib rolu olan bir orqandır. Böyrəklər qan təzyiqinin səviyyəsinin nizamlamasını təmin edirlər. Ən əsas funksiyası faydalı maddələri alıb, lazımsız maddələri sidik yolları ilə ifraz etməkdir.
 
Aztibb.az xəbər verir ki, nefroloq Barat Yusubov bildirib ki, zərərli qida, orqanizmdəki infeksiyalar, xəstəliklər böyrəklərin sağlamlığına təsir edən faktorlardır. Bu səbəblərdən bəzən böyrəklərdə kəskin və dözülməz ağrılar baş verir. Qadınlar kişilərə nisbətdə daha çox bu ağrılara məruz qalır. Bu ağrıların bəziləri keçici olur, bəzi hallarda isə mütləq həkim müdaxiləsi tələb edir.
 
B.Yusubovun sözlərinə görə, şiddətli böyrək ağrılarında laqeydlik edilməməli və təcili həkimə müraciət edib müalicəyə başlanılmalıdır.
 
Həkim böyrək problemlərinin yaranmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirləri təqdim edib:
 
- Gündə 8-10 stəkan su için.
- Sidiyə çıxma istəyi zamanı özünüzü sıxıb sidiyi saxlamayın.
- Sidik orqanları nayihəsinə spreylər tətbiq etməyin.
- Liflə zəngin qidalara üstünlük verin.
- İnfeksiyalarına qarşı həssaslıq varsa, Pisuardan (kişilər üçün ayaqüstü tualet) uzaq durun .
- Təmiz və gigienik yerlərdə ayaq yolunuzu edin.
- Sudan əlavə meyvə suları, xüsusilə zoğal suyu için.
- Yüksək dərəcə natrium tərkibli içəcəklərdən uzaq durun.
- Böyrəklərdə oksalatın yığılmasına səbəb olan qidalardan uzaq durun: çay, ispanaq, çuğundur, şokolad, fındıq və s.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub