"Sətəlcəm xəstəliyini keçirən uşaq aktiv ola bilməz" - Pnevmoniya ilə bağlı BİLMƏDİKLƏRİMİZ
28.02.2022 10:40
Pnevmoniya alveolların, yəni oksigenin qana keçdiyi yerin iltihabıdır. Həmin yerlər - alveollar kiçik kisələr kimidir, içərisinə hava dolur və həmin havadakı oksigen damarların divarından qana keçir. O kisələr nə qədər yaxşı açılırsa və hava ilə çox dolursa, bir o qədər çox oksigen qana keçə bilir. Lakin bu kisələr mikrob ya virus təsirindən iltihablı maye ilə dolarsa, hava az girər və ya heç girməz. Belə olan halda oksigen də qana az keçir. Əgər qana oksigen az keçərsə, saturasiya (qanda oksigen səviyyəsi düşər), insan halsız, əhvalsız və iştahsız olar.
Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə "Sətəlcəm (pnevmoniya) nədir?", "Yenidoğulmuşda sətəlcəm ola bilərmi?", "Soyuqlamadan pnevmoniya olarmı?" kimi suallara cavab verərəkən belə deyib.
Həkimin sözlərinə görə, sətəlcəm olan uşaq aktiv ola bilməz. Bəzən evdə aktiv, oynayan, sadəcə öskurəyi olan uşaq üçün "Görəsən sətəlcəm olmaz ki?" deyə narahat olur, rentgen etməyə tələsirlər. Lakin buna ehtiyac yoxdur. Hər öskürək pnevmoniya demək deyil. Pnevmoniya zamanı öskürək olmaya da bilər. Məsələn, körpələr zarıyır, yeməkdən imtina edir., tənəffüsü çətinləşir. Yenidoğulmuşlar üçün zarımaq xəstəlik əlamətidir. Aktiv səsli, emosiyalı ağlamaq isə sağlamlıq əlamətidir. Yenidoğulmuşda alveollar, yəni hava kisələri tam açılmasa, pnevmoniya inkişaf edə bilir. Hətta süd əmərkən tez-tez çeçəyən uşaqlarda, reflyuksu olan, tez-tez qaytaran uşaqlarda süd aspirasiyası (nəfəs yoluna getməsi) nəticəsində də pnevmoniya inkişaf edə bilir. Serebral iflic xəstəliyi olan uşaqlarda da yeməyin aspirasiyasına bağlı pnevmoniyalar tez-tez olur:
"Əksər halda isə pnevmoniya yəni ağciyər toxumasının iltihabı virus və mikroblardan qaynaqlanır. Bəzilərinə qarşı peyvəndlər var. Hər dəfə qrip virusunda pnevmoniya olursa, o zaman qrip (influenza) virusuna da qarşı peyvənd məsləhət görülür".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

