Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirilib
23.02.2022 08:57

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə təşkil olunan “Azərbaycan regionlarında şəhid ailələri və qazilərin sağlamlığı” adlı layihə çərçivəsində növbəti tibbi aksiya Saatlı Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Tibb Universitetindən məlumat verilib.

 

Bildirilib ki, aksiya çərçivəsində 20 ixtisas üzrə 35 könüllü həkim Saatlı, Sabirabad və İmişli rayonlarında yaşayan şəhid ailələrinin üzvlərini, qaziləri müayinə və müalicə ediblər.

 

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə həkimlərin müayinəsindən 200-də çox şəxs keçib, zəruri dərman preparatı ilə təmin olunublar.

 

Xəstəlik aşkarlanmış vətəndaşların tam müayinədən keçməsi, zərurət yaranan cərrahi əməliyyatların isə növbəti aksiyalarda icra edilməsi planlaşdırılır.

 

Qeyd edək ki, regionlarda aksiyanın ardıcıl olaraq keçiriməsi nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır