AMEA əməkdaşlarının əksəriyyəti COVID-19-a qarşı buster doza ilə peyvəndlənib
21.02.2022 12:22

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda dəyişiklik edilib.

 

Qərara əsasən, fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti koronavirus xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsizdir.

 

Eyni zamanda, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib. Beləliklə, 2022-ci il fevralın 15-dən etibarən bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.

 

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasına daxil olan bütün elmi müəssisə və təşkilatlarda əməkdaşların COVID-19-a qarşı buster doza ilə peyvəndlənməsinə, immunitet sertifikatına və ya əks göstəriş sertifikatına malik olmasına nəzarət olunur.

 

Yoxlamalar nəticəsində ölkəmizdə vaksinasiyaya dair tətbiq olunan tələblərə uyğun olaraq AMEA-nın 1700-ə yaxın əməkdaşının buster doza ilə peyvənd olunduğu müəyyən edilib.

 

Bununla yanaşı, AMEA-ya gələn qonaqların da COVID-19 pasportları yoxlanılır.

 

Qeyd edək ki, AMEA-da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi şəkildə əməl edilir, əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır.

 

Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri həyata keçirilir.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır