"Kolbasa da sağlamlığa spirt və tütün qədər zərərlidir!" - DİQQƏT!
18.02.2022 11:04
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, kolbasa sağlamlığa spirt və siqaretdən az təsir etmir. Səhiyyə təşkilatı artıq kolbasa, spirt və tütünün sağlamlıq üçün demək olar ki, eyni dərəcədə zərərli olduğu qənaətinə gəlib.
 
Aztibb.az xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis, pediatr Həmid Hacıağayev bu barədə məlumat verib.
 
Bəs niyə az qala hər ailənin menyusunda olan kolbasa uşaqlar üçün uyğun deyil?
 
Həkimin sözlərinə görə, ilk növbədə, yüksək miqdarda duz, yağ, istiot və digər ədviyyatlar uşaqların bədəninə əlavə yük verir. Hazırda ət sənayesində bir çox əlavələrdən istifadə olunur ki, bu da hazır məhsulun orqanoleptik xüsusiyyətlərini (görünüşünü, dadını, ətrini, teksturasını) yaxşılaşdırmaqla yanaşı, həm də hazır məhsulun məhsuldarlığını artırır.
 
Bu problem sənayenin işləməyə məcbur olduğu dondurulmuş ət xammalından istifadə edərkən xüsusilə aktualdır, bu da uşağın bədəninə mənfi təsir göstərə bilər. Uşaqların qida rasionunda bu məhsulların mövcud olması bir sıra metabolik dəyişikliklərə və nəticədə ciddi xəstəliklərin inkişafına səbəb olur.
 
Qeyd etmək lazımdır ki, lazımsız inqridiyentlər piylənməyə səbəb ola bilər. Bu məhsulların istifadəsi həm mədə-bağırsaq traktında, dayaq-hərəkət aparatında patologiyaların artmasına birbaşa səbəb olur. Erkən yaşdan uşaqda duzlu və ədviyyatlı yeməklərə vərdiş yaranır. Bu da normal qidalanma və inkişaf üçün böyük əngəllər yaradır.
 
Uşaqlar üçün nəzərdə tutulan ət məhsullarında hansı inqridiyentlər olmamalıdır?
 
İlk növbədə buraya fosfatlar, dadlandırıcılar - qlutamatlar, süni rənglər, konservantlar (benzoik və sorbin turşuları və onların duzları) və digər kimyəvi maddələr aiddir. Qeyd olunan bu zərərli maddələr olmadan kolbasa (sosis, sardel və s.) istehsalı mümkün deyil.
 
"Əziz valideynlər, ehtiyatlı olun, sağlam kolbasa və ya uşaqlar üçün xüsusi hazırlanmış, zərərsiz kolbasa anlayışı yoxdur. Ümumiyyətlə, kolbasa və bu kimi məhsullardan böyüklərin də istifadəsi məsləhət görülmür", - deyə, həkim hər kəsi bu mövzuya həssas yanaşmağa dəvət çağırıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev