İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filialları üçün VAKANSİYA elan edir  
08.02.2022 14:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir.

 

Aztibb.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

 

Agentlik nə təklif edir?:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.

 

Görəcəyi işlər:

  • Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi;

  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi;

  • Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;

  • Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması;

  • Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması;

  • Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;

  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;

  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

     

 Agentlik üçün uyğun namizəd:

  •  Ali tibbi sahə üzrə təhsil;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);

  • MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;

  • 5 ildən az olmayaraq ümumi əmək stajı;

  • İntizamlılıq və nəticəyönümlülük;

  • Ünsiyyət və təşkilatçılıq bacarığı;

  • Stressə qarşı davamlılıq;

  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 04.03.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır