Bir tibbi brendin tarixi: “Sinovac Biotech”
11.01.2022 15:42
“Sinovac Biotech LTD”nin əsası 1993-cü ildə Veidong Yin tərəfindən qoyulub.
 
“Sinovac” insanı yoluxucu xəstəliklərdən qoruyan vaksinlərin tədqiqi, inkişafı, istehsalı və satışı ilə məşğul olan şirkətdir. Şirkətin baş ofisi Pekində yerləşir.
 
Şirkət 1990-cı illərdən 2000-ci ilin əvvəllərinə qədərki müddətdə peyvənd istehsalı sahəsində böyük dövür keçib.
 
Bu müddət ərzində şirkətin inaktivləşdirilmiş Hepatit A peyvəndinin hazırlanması, SARS Peyvəndi Ar-Ge proqramının işlənib hazırlanması, ilk SARS təsirsizləşdirilmiş V vaksini üzərində aparılan araşdırmalara görə ABŞ-da siyahıya alınması, dünyada ilk H1N1 Qrip A İnaktivləşdirilmiş Peyvəndinin (Split Virion) kütləvi istehsalına başlaması, hazırladığı hepatit A peyvəndinin ÜST tərəfindən ilkin kvalifikasiya qiymətləndirməsindən keçən yeganə peyvənd olmasına qədər uğurlu fəaliyyət dövrü olub.
 
“Sinovac” 2009-cu ildə donuz qripinə qarşı hazırladığı vaksin üçün təsdiq alan ilk şirkət idi.
 
“Sinovac”ın istehsal etdiyi vaksinlərin sırasında "Healive" (hepatit A), "Bilive" (birləşdirilmiş hepatit A və B), "Anflu" (qrip), "Panflu" (H5N1) və s. yer alır.
 
2020-ci ilin aprel ayının ortalarında şirkət tərəfindən hazırlanmış namizədin COVID-19 peyvəndi olaraq klinik sınaqları təsdiqlənib.
 
1 iyun 2021-ci ildə ÜST "Sinovac" şirkəti tərəfindən hazırlanan "CoronaVac" koronavirus peyvəndinin təcili istifadəsinə icazə verdiyini açıqlayıb. "Sinovac" bu məqsədlə "COVAX"dan 380 milyon doza üçün satınalma müqavilələri imzalayıb.
 
Kliniki sınaqları İndoneziyada həyata keçirilən "CoronaVac"ın insan itkisinin qarşısının alınmasında effektivliyi 98 % olaraq müəyyən edilib.
 
Ötən ilin iyun ayında Çin "Sinovac Biotech" vaksininin 3-17 yaşlı uşaqlarda tətbiqini təsdiqləyib.
 
"Sinovac" davamlı olaraq kadr hazırlığı və inkişafa dəstək məqsədilə işçiləri çoxşaxəli karyera qurmağa həvəsləndirir, onların nailiyyətlərini davamlı şəkildə təkmilləşdirir.
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev