İTSDA göndərişlə bağlı qaydalarda dəyişiklik edəcək - AÇIQLAMA
14.12.2021 13:03
"Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimdə İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov tibbi ambulator xidmət üçün göndərişlə bağlı qaydalarda dəyişikliklərlə bağlı açıqlama verib.
 
Aztibb.az xəbər verir ki, o, gələcəkdə hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsinin tələb olunmayacağını, vətəndaşların dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsinə ehtiyac olmadan keçəcəyini bildirib: "Stasionar xidmətə gəldikdə isə, ehtiyac yarandığı təqdirdə müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin ediləcək və göndəriş əsasında planlı xidmətdən istifadə mümkün olacaq".
 
Açıqlamada qeyd olunur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili tibbi xidmətə ehtiyac olduqda İTSDA ilə müqaviləsi olan tibb müəssisəsi agentliyə sorğu ünvanlayır və həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, yaxud Xidmətlər Zərfinə daxil olub-olmaması araşdırılır.
 
Sonrakı mərhələdə isə xəstənin vəziyyəti qiymətləndirilərək həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Lakin vətəndaş birbaşa özəl tibb müəssisəsinə hər hansı planlı əməliyyat və ya xidmətlər üçün müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev