Bioloji silahlar yüzlərlə xəstəliyin səbəbi ola bilir – İkinci yazı
07.12.2021 17:31
Bakterioloji silahlar
Bu növ silahlar kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəlik törədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen; mikroorqanizmlər və onların toksinləri istifadə olunur.
Aztibb.az insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilən bioloji silahlar haqqında növbəti yazını oxucuları ilə paylaşır.
Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.
Bakteriyalar bir hüceyrəli orqanizmlərdir və çoxalması bölünmə yolu ilə olur. Əlverişli şəraitdə hər 20-30 dəq-də bakteriyalar ikiyə bölünürlər və beləliklə xəstəlikləri yayırlar. Bakteriyaların tipik nümayəndələri – sibir yarası, tulyaremiya, vəba, taun və s. törədiciləridir.
Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dazinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır.
Bioloji silah növlərindən biri də mikroorqanizmlərin xüsusi sinifi olan viruslardır. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200-dən artıq xəstəliyın səbəbi ola bilir.

Digər növ olan rikketsiyalar mikroorqanizmlərin xüsusi qrupudur, viruslar və bakteriyalar arasında yer tutur. Quruluşuna, xarici görünüşünə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olmasına, yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı, Ku- qızdırması kimi xəstəliklərin törədicisidir.
Göbələklər də xəstəlik törədən vasitə kimi müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir. Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s. kimi xəstəlikləri törədir.
Toksinlər bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn, canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınıb. Hərbi məqsədlə ən çox botulizm toksini və stafilokok enterotoksini diqqəti cəlb edir, bunlar kimyəvi silah növünə daxildir. Toksinlər yüksək bioloyi aktivliyə malikdirlər, belə ki, botulizm toksininin kiçik dozası ölümə səbəb olur.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

