ÜST: "Omikron" ştamının daha yoluxucu olub-olmadığı hələ məlum deyil
29.11.2021 09:29

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hələ ki, "omikron" ştamının koronavirusun digər variantlarından daha yoluxucu olduğuna dair məlumatı yoxdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki mənzil qərargahının yeni ştamla bağlı yenilənmiş məlumatlarında deyilir.

 

Məlumatda bildirilir: "Omikron" ştamının "delta" variantı da daxil olmaqla digər variantlarla müqayisədə daha yoluxucu (yəni insandan insana daha asan keçən) olub-olmadığı hələ aydın deyil".

 

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştamlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

 

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır