Pandemiya Zaqatalada aqrar sektorun inkişafına necə təsir edib?
03.09.2020 10:55

Zaqatalanın 2020-ci ilin əvvəlindən – yəni koronavirus pandemiyasının tüğyan etdiyi aylarda aqrar sektorda əldə etdiyi nəticələrin, demək olar ki, hamısı uğurludur. Kənd təsərrüfatının bütün sahələrində artım, inkişaf görünür. "Xalq qəzeti"nin Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov ilə müsahibəsi zamanı bu məsələ xüsusilə qabardılıb.

 

M.Əhmədzadə qeyd edib ki, bu gün əsas məsələlərdən biri də payızlıq dənli bitkilərin səpininə hazırlaşmaqdır: Bu il rayonda 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Bu məqsədlə təsərrüfatlarda yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək 3500 hektardan çox sahədə yay şumu qaldırı­lıb. Səpin aparılacaq sahələrin şumlanma­sına 70-dək şum traktoru cəlb olunub.

 

V.Şabanov isə bildirib ki, payızlıq bitkilərin səpininə sentyabrın üçün­cü ongünlüyündə başlamaq nəzərdə tutulur. Xatırladaq ki, builki mövsümdə zaqatalalı fermerlər 11 min 320 hektar taxıl sahəsindən 35 min 50 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

 

Gündəlikdə olan məsələlərdən biri də kartofçuluğun unkişaf etdirilməsidir. Artıq rayonun təsərrüfatlarında kartof yığımı başa çatıb. Məhsul istehsalçıları builki mövsümdə 1584 hektar sahədən 19 min 87 ton məhsul götürüblər. Hər hek­tardan orta məhsuldarlıq 120,5 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 220,5 ton artıb.

 

Təsərrüfatlarda tərəvəz, lobya, meyvə və bostan məhsullarının yığımı isə hələlik davam edir. İndiyədək tərəvəz əkilmiş 2155 hektar sahənin 1489 hektarının məhsulu yığılıb, 9 min 667 ton tərəvəz istehsal edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 146 ton artıb. Eyni zamanda, rayonda indiyədək 377 ton lobya, 2601 ton meyvə, 23,5 ton yaşıl çay yarpağı, 4700 ton bostan məhsulları istehsal olunub.

 

Qeyd olunub ki, rayonda aqrar sektorun inkişafı ilə yanaşı, əhaliyə göstərilən xidmətlər, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, ümumiyyətlə, sosial həyatın bütün sahələri ilə bağlı da çoxsaylı tədbirlər həyata keçirilir. 

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır