Tanınmış stomatoloq Xalidə Nəsirova "Global Health Awards - 2021" mükafatına layiq görülüb
22.11.2021 16:27

Tibb və sağlamlıq sahələrinin nümayəndələrinin maraqla gözlədiyi "Global Health Awards" layihəsinin qala gecəsi 21 noyabr tarixində "Fairmont Baku" otelində baş tutub. Sözügedən tədbir ilk dəfə paytaxtımızda təşkil olunduğundan layihə xüsusi rəğbət qazanıb.

 

Aztibb.az xəbər verir ki, tədbirdə tibb və sağlamlıq sektorunun həm yerli, həm qardaş Türkiyədən, həm də xarici ölkələrdən olan tanınmış və peşəkar həkimləri, eləcə də bu sektorun nüfuzlu markalarının nümayəndələri iştirak ediblər.

 

Layihənin əsas məqsədi peşəkar həkimləri və tibb şirkətlərini ictimaiyyətə daha da yaxından tanıtmaq, onların fəaliyyətini qiymətləndirmək və motivasiya verməkdir.

 

Qala gecəsində səhiyyə sektorunun bir sıra nümayəndələri tibb sahəsindəki xidmətlərinə görə "Global Health Awards - 2021" mükafatına layiq görülüblər.

 

Təltif olunanlar sırasında ölkənin tanınmış həkim-stomatoloqu, psixologiya üzrə fəlsəfə doktoru Xalidə Nəsirova da var.

 

Qeyd edək ki, Dr. Xalidə Nəsirova Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. Bir sıra  beynəlxalq seminar və konfransların aktiv iştirakçısı olan həkim estetik stomatologiya sahəsində ölkədə tanınmış mütəxəssisdir.

 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub