Həkimlər xəbərdarlıq edir: Qrip və soyuqdəymə varsa, diqqətli olun! 
01.11.2021 11:13

Payız aylarında temperatur düşdüyü üçün immunitetini qaldırmaq istəyənlərin bitki çaylarına tələbatı artıb. 

 

Həm pandemiya, həm də mövsümi xəstəliklərdən qorunmaq istəyənlərin maraq göstərdikləri bitki çaylarına əsasən cökə, adaçayı, şüyüd, yaşıl çay, çobanyastığı, lavanda, rozmarin, zəncəfil, zerdeçal və darçın kimi otlar daxildir. 

 

Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, düzgün istehlak edilmədikdə bitkilər insan sağlamlığını təhdid edə bilər. 

 

Bitki çayları gəncdən qocaya, hamilədən körpəyə hər yaşda qəbul edildiyindən çoxlu səhvlərə yol verilir. Halbu ki, bitki çaylarının da dərmanlar qədər diqqətli qəbul edilməsi şərtdir.

 

Nə qəbul ediriksə, doğru mənbədən məlumat almalıyıq. İndi hər kəs internetdən istifadə edir, amma orada da doğru məlumat olduğu kimi yanlış məlumatlar da var. Mənbənin etibarlı olub-olmadığını bilmək lazımdır. Həmçinin istehlak edilən dozaya da diqqət yetirmək vacibdir.

 

Məsələn, hamilə qadınlar və süd verən analar çox vaxt bitki çayları qəbul edirlər. Eyni zamanda, osteoporoz, ürək xəstəliyi, şəkərli diabet, xərçəng diaqnozu qoyulmuş analar dərman da qəbul edirlər. Belə olduqda, daha diqqətli olmalıdırlar. Çünki bitki çaylarında aktiv maddələr var və onların istifadə etdiyimiz dərmanlarlala reaksiyaya girə biləcəyini unutmamalıyıq.

 

Bundan əlavə, bitkilərin hazırlanma üsullarına da diqqət etmək vacibdir. Bəzi bitkilər dəmlənərək, bəzilərinin isə qaynadılaraq içilir. Odur ki, bitki çayı hazırlayarkən, xüsusən də qurudulmuş otlardan istifadə edərkən, mütəxəssislərdən, aromaterapistlərdən, fitoterapistlərdən, apteklərdən və ya dietoloqlardan mütləq məsləhət almaq lazımdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib