Dünyada bugünədək koronavirusdan ölənlərin sayı açıqlanıb
30.10.2021 09:29

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb.

 

Aztibb.az xəbər verir ki, oktyabrın 28-də dünya üzrə koronavirusa 480 min 531 yoluxma halı aşkarlanıb, 7 min 883 nəfər infeksiya səbəbindən həyatını itirib.

 

Bu gün saat 21:00 radələrinə olan məlumatına görə, koronavirusdan 5 milyon 854 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı 246 milyon 564 min nəfəri ötüb. Eyni zamanda, 223 milyon 365 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 198 min aktiv xəstədən 75 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 46 milyon 693 min nəfəri keçib, 763 min 894 nəfər infeksiya səbəbindən vəfat edib, 36 milyon 567 mindən çox insan isə sağalıb.

 

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 259 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 457 min 772 nəfər ölüb, sağalanların sayı 33 milyon 632 min nəfərə çatıb.

 

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 21 milyon 781 min nəfər virusa yoluxub, onlardan 607 min 125 nəfəri həyatını itirib, 20 milyon 979 min nəfər isə sağalıb.

 

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub