Dərini, hətta ətini belə yeyənlərin əziyyət çəkdiyi qorxulu xəstəlik – Dermatofagiya
29.10.2021 17:58
Çox rast gəlinən bir xəstəlik olan bu davranış əslində psixoloji bir pozğunluqdur.
 
Aztibb.az cəmiyyətdə çox görülsə də, tibb ədəbiyyatında az yer tutan bu xəstəlik haqqında məlumatı təqdim edir.
 
Bu xəstəliyə düçar olan insanlar əslində dırnaq ətrafındakı dərini bir qədər qoparır və udmaqla həzm edirlər. Təbii ki, bunu etməyənlər də var!
 
Dırnaq ətrafındakı dərini yeməyə başladığınız zaman fərqində belə olmursunuz. Bunu dərk edəndə özünü saxlaya bilmirsənsə, sən də bu xəstəlikdən əziyyət çəkirsən!
 
Bu vəziyyətin heç bir sağlamlıq problemi yaratmaması və ya böyüklərin bu vəziyyətdən utanması tibb ədəbiyyatında az yer tutmasının səbəbi ola bilər. Bu xəstəlikdə əlin ətrafında açıq yaralar meydana gəldiyi üçün hər cür çirklənməyə məruzsunuz.
 
Bəzi mütəxəssislər deyir ki, dırnaq yemə, saç yolma və dəri yemə, ciddi şəkildə özünü məhv etmə səviyyəsinə çatmasa, davranış pozuntuları sayılmır.
 
Əldəki açıq yaralar yoluxsa, barmaqlarınızda qabarıqlar yarana bilər. Bəzi insanların da bu qabaran dərini yemək istəyi var. Daha inkişaf etmiş səviyyələrdə, barmaqlarınız yoluxmuşsa və yemək davranışı davam edərsə, ağzınız yoluxa və yaralar əmələ gələ bilər.
 

 
Canavarlar tələyə düşdükdə stress səbəbindən öz dərilərini dişləri ilə dartıb yeyə bilirlər. Bu səbəbdən bu xəstəliyə tutulan insanlara xalq arasında “qurd dişləməsi” də deyirlər.
 
Bu xəstələrin yedikləri hissədə dərinin nəzərə çarpacaq qalınlaşması əmələ gəlir. Bu qalınlaşmanın səbəbi bədənin dəri itkisinə və yaralara reaksiyası kimi qəbul edilə bilər.
 
Bu davranış bəzən çox ağrılı ola bilir. Amma bu xəstəliyi olan insanlar bu ağrıdan asılı olmayaraq dərilərini normal şəkildə yeməyə davam edirlər.
 
Xəstəliyin səbəbi hələ tam məlum deyil. Saç yolma və dırnaq yemə kimi davranışlar obsesif kompulsif pozğunluq (OKB) təsnifatına daxil edilib.
 
Bu davranışın hər zaman stress altında edilmədiyi, həm də normal zamanlarda vərdiş olaraq davam etdiyi müşahidə edilib. Ona görə də birbaşa səbəb dəqiq göstərilmir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır