Oktyabrın 11-i Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür  
11.10.2021 11:46

Oktyabrın 11-i Ümumdünya Piylənmə ilə Mübarizə Günü qeyd edilir.

 

Bu barədə Dünya Səhiyyə Təşkilatının Avropa regional bölməsinin səhifəsində xəbər verilir.

 

Əgər 20-30 il əvvəl piylənmə problemi sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-diyetoloqları narahat edirdisə, artıq bu gün piylənmə və artıq çəkiyə malik olanların sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt onunla əlaqələndirirlər. Doğrudan da piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir.

 

Hələ 1997-ci ildə Dünya Səhiyyə Təşkilatı piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırır, eyni zamanda, artıq kilolardan xilas olmağın profilaktikası və müalicə üsulları barədə də izahat verirlər.

 

Son zamanlar bütün dünyada uşaqlar və yeniyetmələr arasında piylənmə hallarının artması müşahidə olunur: inkişaf etmiş ölkələrdə yeniyetmələrin 25 faizində artıq bədən çəkisinə rast gəlinir, 15 faizi isə piylənmədən əziyyət çəkir. Uşaqlıqda artıq çəkiyə malik olmaq yetkinlik yaşında piylənmədə əhəmiyyətli rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2030-cu ildə əhalinin 41 faizi artıq çəkiyə malik olacaq.

 

Piylənmə insan üçün bır sıra problemlər yaradır. Birincisi, oynaqlarda və sümüklərdə yüklənmə çoxaldığına və ya həddindən artıq olduğuna görə artıq çəki dayaq-hərəkət aparatının xəstəliklərinə aparıb çıxarır. İkincisi, çəkinin artıq olması fiziki fəallığın intensivliyini aşağı salır. Üçüncüsü, orqanizmdə piy yığılması ürək-damar, onkoloji xəstəliklərə və diabetə tutulmaq ehtimalını artırır.

 

Fiziki problemlərdən başqa, piylənmə, həmçinin psixoloji problemlərə də səbəb olur. Heç kəsə sirr deyil ki, piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stress vəziyyətində qeyri-düzgün qidalanmadır. Kökəlmənin çoxsaylı səbəbləri göstərir ki, onu özündə stress vəziyyətlərinin aradan qaldırılmasını, stressə davamlılığın inkişafına yönəlmiş məşqləri, fərdi pəhrizin müəyyənləşdirilməsini, həmçinin mütləq olaraq sağlam fiziki yükü də nəzərdə tutan yaşam qaydalarını ehtiva edən kompleks metodlarla müalicə etmək mümkündür. Bəzi hallarda, şübhəsiz, dərman müalicəsinə də ehtiyac yaranır ki, bunlar da, əsasən, endokrin sistemin işinin pozulması və hormonal qüsurlarla bağlı olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib