TƏBİB-in nümayəndə heyəti Qırğızıstanda sağlamlıq forumunda iştirak edib  
20.05.2024 15:39
TƏBİB və Yeni Klinikanın nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Qırğızıstan-Türkiyə-Azərbaycan" sağlamlıq forumunda iştirak edib.
 
Bu xəbər Aztibb.az-a TƏBİB-dən verilib.
 
“New North Company”nin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanın Qırğızıstandakı səfirliyinin birinci katibi Şahin İsgəndərov, Türkiyənin Bişkekdəki konsulluq nümayəndələri, yerli tibbi nümayəndələrlə yanaşı, Türkiyənin müxtəlif klinika və tibbi turizm şirkətləri, həkimlər, müxtəlif universitetlərin tibb tələbələri və digər rəsmi şəxslər iştirak edib.
 
Forumda həmçinin TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, TƏBİB Akademiyasının tədqiqatlar və lahiyələr bölməsinin rəhbəri Elnarə Musayeva da iştirak edib.
 
Sağlamlıq forumunda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad TƏBİB-in fəaliyyət və inkişaf strategiyasından, Yeni Klinikanın fəaliyyətindən, göstərdiyi tibbi xidmətlərdən və tibbi turizm imkanlarından danışıb. Həmçinin xarici ölkələrdən olan həkim və tibb tələbələrinin Yeni Klinikada tibbi təcrübə keçməsi üçün TƏBİB Akademiyasının təqdim etdiyi imkanlar slayd üzərində forum iştirakçılarının diqqətinə çatdırılıb.
 
Daha sonra Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov Yeni Klinikada həyata keçirilən cərrahi əməliyyatlar və hepatobilyar cərrahiyyəsi haqqında ətraflı məlumat verib.
 
Qeyd edək ki, ölkəmiz ilk dəfə olaraq dövlət klinikası səviyyəsində stentlə təmsil olunub. Belə ki, forumda Yeni Klinikanın stenti və promo məhsulları nümayiş olunub.
500-ə yaxın iştirakçının qatıldığı tədbirdə TƏBİB-in nümayəndə heyətinin stenti böyük maraqla qarşılanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır