Tibbi etik qaydalar nələrdir? - Ümumi müddəalar
10.10.2021 22:33

 

Tibb sistemindən şikayətlənən insanlarla hər gün qarşılaşırıq. Tibbi etika qaydalarını, həkimlərin davranış və müayinə sırasında hansı qaydaya uyğun davrandıqlarını çoxumuz bilmirik. Çoxumuz bu məsələ haqqında kökündən yanlış təsəvvürə malikdir.

 

Aztibb.az tibbi etika ilə bağlı bilməli olduğumuz bəzi müddəaları diqqətə çatdırır.

 

Tibb etika haqqında bilinən ilk mətn V əsrin əsəri olan “Formula Comitis Archiatrorum”dur. Amma müasir Şərq, eləcə də Qərb tibbinin qaydaları Hippokrat, İbn Sina və həmyerlimiz Ər-Razinin əsərlərinə əsaslanırlar.

 

Müasir dövrdə qanun hökmündə mətn olaraq qəbul edilmiş etik prinsiplər Britaniyada, qismən ABŞ və Kanadada mövcuddur.

Tibb etikanın çərçivəsini təşkil edən 4 prinsip Tom Böşamp və Ceyms Çayldresin “Biomedikal etikanın prinsipləri” kitabında təsvir edilib.

 

Azadlığa hörmət prinsipi: xəstə müalicə metodunu seçmə və ondan imtina haqqına sahibdir.

 

Mənfəət prinsipi: xidmət verən həkim xəstənin mənfəətinə uyğun davranmalıdı.


Xəsarət verməmək prinsipi: xəstəyə yardım etməklə bərabər ona əlavə xəsarət verməkdən çəkinmə.


Ədalət prinsipi: hər kəsə əlçatan ilkin tibbi xidmət təşkili, eləcə də tibii xidmət alacaq insanın qərarına hörmət.

 

Bəs keyfiyyətli tibbi xidmət almaq üçün nəyi bilməliyik?

 

Həkim apardığı müayinələri tək-tək xəstəyə izah etməlidir. Xəstəliyinizlə bağlı hansı müayinə metodlarının mümkün olduğunu və bununla hansı nəticələrə gələcəyinizi sizə öncədən izah etməlidir.

 

Müraciət etdiyiniz həkim məlumatlandırma zamanı anlaşılması çətin olan tibbi terminlərdən istifadə etməməlidir. Təbabətdə sadə dillə izah edilə bilməyəcək müayinə metodu və ya hərhansı bir anlayış mövcud deyildir.

 

Problemin özü, diaqnoz aydın izah edilməlidir. Diaqnozun nə qədər etibarlı olduğu faktı da bildirilməlidir.

 

Bəzən diaqnoz qoyula bilmir. Müayinələr mütləq etibarlı diaqnoz qoyulacağı ilə nəticələnəcək deyə qayda və ya məcburiyyət yoxdur.

 

Həkim xəstəyə çoxulu sayda müayinə aparıb dəqiq diaqnoz qoymaya bilər. Lakin ilkin diaqnoz ilə son klinik diaqnoz qarışdırılmamalıdır. İlkin diaqnoz həmişə vardır, amma bir nəticə olaraq əsas diaqnoz kimi ələ alına bilməz. Xəstəyə dəqiq diaqnoz qoyulmadığı faktı mövcuddursa, mütləq xəstəyə bildirilməlidir.

 

Bütün həkim-xəstə söhbətlərinin protokollaşdırılması, sonda isə yazılı şəkildə xəstəyə təqdim edilməsi vacibdir. Çox həkim bu qaydaya əməl etmir, barmaqarası qarşılanır və nəticədə sui-istifadə halları meydana gəlir.

 

Tibbi xidmətdən narazılıq hər zaman olub, yenə də olacaq. Lakin hər hadisənin bir çərçivəsi, davranış qaydaları, etikası vardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev