Radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssis Berrin Pehlivan Azərbaycana səfər edəcək
13.10.2021 18:13

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. dr. Berrin Pehlivan 28-29 oktyabr 2021-ci il tarixlərində Azərbaycana səfər edəcək.

 

Aztibb.az xəbər verir ki, B.Pehlivanın səfəri çərçivəsində bir neçə qurumda, o cümlədən AMEA-da görüşlərin keçirilməsi, təlim və seminarların baş tutması planlaşdırılır. 

 

B.Pehlivan Hacettepe Universiteti Tibb fakültəsi məzunudur. O, Boston Universitetinin Radiasiya Onkologiyası Bölməsində tədqiqatlar aparıb və təcrübə keçib. Hacettepe Universitetində "radiasiya onkologiyası" ixtisası üzrə təhsilini bitirdikdən sonra uzun müddət xaricdə fəaliyyətini davam etdirib.

 

Alim xərçənglə mübarizədə qlobal texnologiyaların tətbiqi ilə bağlı araşdırmalar aparıb, 2004-2009-cu illərdə Fransa və İsveçrədə bir çox elmi tədqiqat işlərində iştirak edib. Professor uzun müddət Fransız Avropa Xərçəng Proqramı, Lozanna Universiteti Radiasiya Onkologiyası Bölməsi, İsveçrə Villigen Paul Scherrer İnstitutu Proton Terapiya Mərkəzi və Fransa Orsay Proton Terapiya Mərkəzində fəaliyyət göstərib, lakin təcrübələrini bölüşmək üçün yenidən Türkiyəyə qayıdıb.

 

Başkent Universiteti və Akdeniz Universitetinin Tibb fakültəsində fəaliyyət göstərdikdən bir müddət sonra o, Memorial Sağlamlıq Qrupunun tərkibindəki Medstar Antalya Xəstəxanasında Radiasiya onkologiyası şöbəsini yaradıb.

 

Bir çox yerli və beynəlxalq məqalələrin müəllifi olan, elmi nəşr və layihələrə imza atan B.Pehlivan fəaliyyətini 2018-ci ilin sonuna qədər Medical Park Bahçelievler Xəstəxanası, Medical Park Göztepe Xəstəxanası və Altınbaş Universitetində davam etdirib.

 

O, "50 sualda xərçəng" kitabının müəllifidir. Professor hazırda Bahçeşehir Universitetinin Radiasiya Onkologiyası bölməsində müəllim kimi fəaliyyət göstərərək, gələcək elm adamlarını yetişdirir və şəxsi klinikasında fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, türkiyəli professor B.Pehlivanın səfəri çərçivəsində informasiya dəstəyini Aztibb.az səhiyyə portalı həyata keçirəcək. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub