ÜST: Qlobal vaksinasiya hədəflərinə nail olunmayıb
29.09.2021 11:35

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın əksər ölkələrində peyvənd kvotasının səviyyəsi qənaətbəxş deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aktual statistikasına əsasən, sentyabrın sonunadək dünya əhalisinin 10 faizinin koronavirusa qarşı peyvənd edilməsi hədəfinə nail olunmayıb.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı ÜST dünyanın inkişaf etmiş ölkələrini dəfələrlə peyvənd ianə etməyə çağırıb. Təşkilatın rəhbəri Tedros Qebreyesus bildirib ki, bu ilin sonunadək dünyanın hər bir ölkəsində əhalinin azı 40 faizinin peyvənd olunması üçün “dəmir kimi sərt öhdəliyə” ehtiyac var. Bu göstərici gələn ilin ortalarına qədər isə 70 faizə çatdırılmalıdır.

 

Qeyd edilib ki, Afrika ölkələrində vaksinasiya səviyyəsi xüsusilə acınacaqlı vəziyyətdədir. Konqo Demokratik Respublikasında əhəlinin 0,15 faizi, Çadda 0,87 faizi və Madaqaskarda isə 1,5 faizi koronavirusa qarşı peyvənd olunub. Müqayisə üçün Almaniyada hər 100 sakinə 128,49, Kanadada 147, Çində isə 146 peyvənd dozası tətbiq olunub.

 

ÜST dünyanın bir çox bölgəsində insanların peyvəndin ilk dozasını gözlədiyi halda, inkişaf etmiş ölkələrin üçüncü doza komponentini anbarlarda saxlamasını da tənqid edib. Dünyanın inkişaf etmiş ölkələri bir milyard dozanın ianə edilməsini vəd ediblər, lakin yoxsul ölkələrin əhalisinin vaksinasiyası üçün azı iki milyard dozaya ehtiyac var. T.Qebreyesus aparıcı şirkətlər və hökumətlərə müraciət edərək, müasir texnologiyaların transferi və biliklərin paylaşılması yolu ilə peyvənd istehsalını artırmağa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır