Lionda ÜST Akademiyasının tikintisinə başlanılıb
28.09.2021 14:21

Fransanın Lion şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının təməlqoyma mərasimi keçirilib. Akademiyanın yaradılması planetdə tibb sahəsinin perspektivdə vəziyyətinin yaxşı tərəfə dəyişməsinə səbəb olacaq hadisədir. Burada dünyanın müxtəlif ölkələrindən olan milyonlarla tibb işçisinin əyani və distant şəkildə əlavə təhsil alması planlaşdırılır. Mərasim Fransa Prezidenti Emmanuel Makron və ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus keçiriblər.

 

Akademiya Lionda, “Gerland” Biotexnoloji Tədqiqatlar Mərkəzinin ərazisində yerləşəcək. Beynəlxalq Xərçəng Xəstəliklərinin Araşdırılması Mərkəzi, həmçinin “Sanofi” kimi əczaçılıq qrupları da bu şəhərdə fəaliyyət göstərir.

 

ÜST-ün saytı xəbər verir ki, Akademiyanın yaradılması səhiyyə sahəsi işçiləri, ictimai səhiyyə sisteminin rəhbərləri, vəzifəli şəxsləri, pedaqoqlar, tədqiqatçılar və siyasətçilər, öz evində və ya icmasında tibbi yardım göstərən hər kəs, eləcə də ÜST və BMT-nin dünyanın hər bir yerində çalışan əməkdaşları üçün mühüm sahələrdə təhsili daha əlçatan etmək məqsədi daşıyır.

 

Akademiyanın yüksəktexnoloji binasının Liondakı biotexnologiyalar məhəlləsində tikintisi Fransa hökumətinin, Overn-Ron-Alp regionunun, Lion metropoliyasının və Lion şəhərinin dəstəyi sayəsində mümkün olub. ÜST Akademiyası yeni kampusun bazasında səhiyyə sahəsində ali dərəcəli təhsilin və elmi cəhətdən əsaslandırılmış yeni tövsiyələrin bütün dünyada əlçatanlığını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə edəcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər