Çin COVAX proqramına 100 milyon dollar ianə edəcək
22.09.2021 09:22

Çin Xalq Respublikası (ÇXR) COVAX proqramı çərçivəsində vaksinasiya prosesi üçün 100 milyon ABŞ dolları ianə edəcək.

 

Aztibb.az xəbər verir ki, bunu ÇXR Sədri Si Cinpin BMT Baş Assambleyasının 76-cı sessiyasında onlayn formatda çıxışı zamanı deyib. Si Cinpin COVAX-a maliyyə yardımından əlavə olaraq Çinin inkişaf etməkdə olan ölkələrə 100 milyon doza COVID-19 peyvəndi ianə edəcəyini də bildirib.

 

Dünyada COVID-19 virusuna qarşı əsas peyvənd istehsalçılarından olan Çinin lideri bəyan edib ki, Çin şirkətləri cari il ərzində müxtəlif ölkələrə 2 milyard doza COVID-19 peyvəndi təqdim edəcək.

 

Qeyd edək ki, Çin indiyədək təxminən 106 ölkə və 4 beynəlxalq təşkilata 1 milyard dozadan çox COVID-19 peyvəndi təqdim edib. Bunların əsas hissəsi kommersiya prinsipi əsasında satılıb, müəyyən hissəsi isə ianə kimi verilib.

 

Çin şirkətləri 2 milyard doza peyvənd öhdəliyini yerinə yetirməkdə qərarlıdır. Belə ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıb.

 

Bundan başqa, Çin şirkətləri bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır