Uşaq vaxtı yanlış qidalanmaq gələcəkdə... - Həkim-pediatr
07.09.2021 11:27

Balanslı, ekoloji cəhətdən təmiz və faydalı qidalanma olmadan uşağın düzgün inkişafı mümkün deyil. Mütəxəssislər uşaq vaxtı düzgün qidalanmamağın gələcəkdə çox ciddi xəstəliklərə səbəb olduğunu söyləyirlər. Vitamin, antioksidant və mikroelementlərin çatışmadığı, karbohidrat və yağların çox olması, bol ədviyyat və zərərli əlavələr uşağın inkişafına mənfi təsir göstərir.

 

Qida mütəxəssisləri uşağın orqanizmi üçün ən təhlükəli məhsulların siyahısını tərtib ediblər. Bu barədə Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova danışıb: “Yağlar, karbohidratlar, kansoregenlər, rəng və dadvericilərlə zəngin olan çipsilər insult və infarkt riskini artırır. Çipsilər, həmçinin damar xəstəlikləri, anemiya, hipertoniya, həzmin pozulması, qastrit və hətta xərçəngə səbəb ola bilər. Tərkibində aspartam və natrium benzoat olan şirin qazlı içkilər dad reseptorlarının həssaslığını dəyişməklə yanaşı, idarəolunmaz qəzəb, əsəb, depressiya və ya təlaşa səbəb ola, çox miqdarda qəbul edildikdə isə qida zəhərlənməsi və ürək problemlərinə aparıb çıxara bilər. Şaurma, fri kartofu və fastfudlar heç də uşaq yeməyi deyil. Kolbasa, sosiska və s. kimi hazır ət məhsullarının tərkibində olan fenol maddəsi yüksək toksiki xüsusiyyətlərə malikdir. Uşaq orqanizmi üçün digər bir zərərli qida marqarindir. Onun hazırlanması prosesində duru yağların emal olunması zamanı kimyəvi reaksiyalar nəticəsində ziyanı hamıya məlum olan transpiylər əmələ gəlir. Transpiylər isə uşaq üçün yalnız təmiz halında deyil, həm də qastronomik təamlar - pirojna, tort, qat-qat xəmir və kremlərin tərkibində də təhlükəlidir”.

 

Həkim-pediatr uşaq orqanizmi üçün zərərli olan digər qida məhsullarını da göstərib: “Tərkibində natrium qlütamat olan qidalar, şokolad batonlar, qəhvə və energetik içkilər, saqqız, rəngli jele və marmelad, mayonez və ketçupun da tərkibində ziyanlı maddələr çoxdur. Valideynlər öz övladlarını mümkün qədər həmin qidalardan uzaq tutmağa çalışmalıdırlar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev