Göz zəifliyi üçün fitoterapevtdən MƏSLƏHƏTLƏR
07.09.2021 10:24

Həkim-fitoterapevt Fizuli Hüseynov görmənin fiziologiyası və göz xəstəliklərinin müalicəsi ilə bağlı sosial şəbəkədə məlumat verib.

 

Aztibb.az xəbər verir ki, F.Hüseynov göz xəstəliklərinin müalicəsi tarixinə nəzər salaraq qeyd edib ki, görmə haqqında ilk dəfə Qalen və Okulid nəzəriyyə irəli sürərək gözlərdən şüaların xaric olması və bunun hesabına görmənin baş verməsini ehtimal etmişdilər. Bu fərziyələri müsəlman alimi Əl-Razi təkzib etmiş və gözün normal görmə mexanizmini göstərmişdir. Buna baxmayaraq, göz həkiminin qapısına Razinin adı deyil, Okulidin adından götürülmüş okulist sözü yazılır. Göz üzərində ilk dəfə cərrahi əməliyyatı yenə də müsəlman alimi Əli ibn Abbas etmişdir. Lakin göz həkimlərinin böyük əksəriyyəti bu alimi tanımır.


Məhəmməd peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) göz xəstəlikləri haqqında belə demişdir: “Əgər gözünüzün işıqlı və kirpiklərinizin sıx olmasını istəyirsinizsə, axşam yatmazdan əvvəl ismid sürməsindən istifadə edin” və sonra belə buyurmuşdur: “Mən gecələr yatmazdan əvvəl 3 dəfə sağ, 2 dəfə də sol gözümə sürmə çəkirəm. Əgər gözləriniz ağrıyırsa, torpağın yağından əmələ gələn dombalan (göbələk növü) suyundan gözünüzə tökün. Əgər gözləriniz şişmiş və ya qızarmışsa, bu, hərarətin artması deməkdir, hərarəti soyuq su ilə söndürün. Əgər gözlərinizin işıqlı və yaddaşınızın yaxşı olmağını istəyirsinizsə, qulaq ardından və təpədən biraz aşağı başınızı həcəmət etdirin”.

Həkimin sözlərinə görə, günəşə çıxan kimi eynəyin taxılması yanlışdır. Qaşlar və kirpiklər günəş şüalarını göz dibinə yönəldir, həmin şüalar gözlər üçün olduqca faydalıdır.

Gözün görmə ilə bağlı xəstəlikləri

Gözün görmə ilə bağlı 3 xəstəliyi var: uzağı görmənin pozulması, yaxını görmənin pozulması və hər ikisinin pozulması olan astiqmatizm.

Uzağı yaxşı görməmək, gözlərin qaşınması və yanması, həmçinin gecələr aydın havada görmənin zəifləməsi A vitamini, sink və selenin çatışmazlığını göstərir. Bunun qarşısını almaq üçün A vitamini mənbəyi olan okean balıqlarının yağını içmək, əlavə olaraq sink və selenlə zəngin olan qoz, fındıq, badam və dəniz məhsulları, xüsusən dəniz kələmi yemək önəmlidir. Sulanma olduqda gözlər qoz yarpağının dəmləməsi ilə yuyulur, qızartı və ya yanma olduqda isə gündə 5-6 dəfə gözlərə qızılgül ləçəklərinin dəmləməsi tökülür. Razyana, cirə, zirə, gülümbahar bitkiləri də A vitamininin provitamini olan beta-karotinlə zəngindir. Göz ətrafına, gicgaha, qulaq ardlarına, və boyuna hər 10 gündən bir 6 ədəd (cəmi 24 ədədə yaxın) zəli qoyulması kataraktanın müalicə və profilaktikası üçün əla bir vasitədir. Ümumiyyətlə, sarı və narıncı meyvələrin,  xüsusilə yemiş, ərik, kök, mandarin, balqabağın tərkibində beta-karotin çox olduğundan göz üçün xeyirlidir. Kök və balqabaq şirələrini hər gün içmək olar.

Yaxından görmənin pozulması zamanı balıq, cəfəri, şüyüd, göy soğan, kahı, kərəviz yemək faydalıdır. Torlu qişa damarlarının zədələnməsi olduqda bal əlavə edilmiş itburnu dəmləməsi içilir.

Göz ağrısının müalicəsi

Göz ağrısı zamanı hormonal tərkibli göz damcılarının nəzarətsiz şəkildə istifadə olunması ağır fəsadlara, o cümlədən  müalicəyə çox çətin tabe olan qlaukoma xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir. Kataraktanın (mirvari suyunun) erkən mərhələsində gözə gündə 4-5 dəfə təzə sumaq dəmləməsi tökülür. Ümumiyyətlə, görməni yaxşılaşdırmaq üçün qaragilənin yarpaq və zoğlarının dəmləməsi uzun müddət içilməlidir. Göz qurumasının və quru göz sindromunun qarşısını almaq üçün isə gözlərə bal şərbəti tökmək faydalıdır.


Şəkərli diabet və göz

Şəkərli diabetin zədələdiyi ilk hədəf orqanı gözlərdir. Qanda şəkər səviyyəsini normada saxlamaq və diabetin gözlərə vura biləcəyi zərərin qarşısını almaq üçün hər gün 5 km-dən çox piyada gəzmək və zəncəfil dəmləməsi içməklə yanaşı, gündəlik qidada sarımsaqdan istifadə etmək vacibdir. Sarımsaq yeyə bilməyənlər sarımsaq, alma sirkəsi və bal qarışığından hazırlanan şərbət içə bilər. Yaz və payız aylarında 50 ədəd zəli qoydurmaq faydalıdır.

Həkim əlavə edib ki, gözləri qorumağın ən vacib şərti televizor və kompüter qarşısında az zaman sərf etmək, boş vaxtları açıq havada gəzməklə keçirməkdir.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib   
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır