Bağırsaq bakteriyalarının beyini cavanlaşdırdığı müəyyən edilib
03.09.2021 12:10

Bağırsaq bakteriyaları yalnız həzmə və maddələr mübadiləsinə təsir etmir, o, ümumilikdə bütün orqanların, o cümlədən beyinin işində rol oynayır. Bir çox tədqiqatçılar yuxunun mikrofloradan asılı olduğunu, digərləri bakteriyaların yeni neyronların meydana çıxmasına kömək etdiyini, düzgün seçilmiş mikrobların autizmin simptomlarını yüngülləşdirdiyini bildirirlər.

 

Aztibb.az nkj.ru-ya istinadən xəbər verir ki, bu yaxınlarda Kork Universitet Kollecinin əməkdaşları "Nature Aging" jurnalında dərc olunmuş tədqiqat işində bakteriyaların köməyi ilə beyini cavanlaşdırmağın mümkünlüyünü bildiriblər.

 

Siçanlar üzərində aparılan sınaqlar zamanı 8 həftə ərzində həftədə iki dəfə olmaqla gənc siçanların ifrazatları xüsusi məhlul şəklində qida borusunun köməyi ilə yaşlı siçanların bağırsaqlarına keçirdilib. Gənc siçanların mikroflorasının olduğu kimi yaşlı siçanlara köçürülməsi ilə yaşlı siçanların davranışı dəyişib. Məsələn, onları labirintə buraxanda, onlar daha sürətlə labirintdən çıxış yolu tapıblar və gələn dəfə labirintdən çıxmağın yolunu daha yaxşı yadda saxlayıblar. Başqa sözlə, yaşlı siçanların yaddaşı və öyrənmə qabiliyyəti yaxşılaşıb.

 

Tədqiqatçılar siçanların beyində yaddaşın əsas mərkəzlərindən biri olan hippokampına baxdıqda məlum olub ki, hippokamp sözün əsl mənasında cavanlaşıb: o, hüceyrə və molekulyar səviyyədə gənc siçanlarda olduğu kimi görünməyə başlayıb.

 

Mədə-bağırsaq mikrobları müxtəlif maddələri ayırırlar, bu maddələr, həmçinin sinir sisteminə təsir edir. Bakteriyanın özləri də orqanizmdən müxtəlif molekulyar siqnalları qəbul edirlər. Orqanizm qocaldıqca mikroflora da onunla birlikdə dəyişir. Alimlərin fikrincə, "gənc" bakteriyaların köməyi ilə yalnız beyini deyil, digər orqanları da cavanlaşdırmaq mümkün ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır