Din xadimləri üçün icbari tibbi sığorta mövzusunda maarifləndirmə tədbirləri keçirilib
18.05.2024 09:21
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə yerli TƏBİB tabeli tibb müəssisələrinin dəstəyi ilə dini icma üzvləri və din xadimləri üçün icbari tibbi sığorta mövzusunda maarifləndirmə tədbirləri keçirib.
 
Agentlikdən Aztibb.az-a verilən məlumata görə, təlim iştirakçıları Gəncə, Lənkəran və Astaradan olan din xadimləri – axund, imam və dini icmaların üzvləri olublar.
 
Tədbirlərdə Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, Marketinq və tədbirlər şöbəsinin aparıcı məsləhətçisi Emil Lətifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələri və tibb müəssisələrinin rəhbərliyi iştirak edib.
 
Görüşlər zamanı təlim iştirakçılarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müraciətləri dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
 
Təlimlərin keçirilməsində məqsəd din xadimləri vasitəsi ilə daha geniş əhaliyə icbari tibbi sığorta ilə bağlı məlumatları çatdırmaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır