Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib
18.05.2024 12:15

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi müraciətinə əsasən aprel ayı ərzində Füzuli rayonuna köçürülən 153 ailənin, ümumilikdə 599 nəfərin TƏBİB tərəfindən növbəti dəfə tibbi müayinələri təşkil olunub.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tibbi müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturana daxil olan şəhər və uşaq poliklinikaları, Sumqayıt Tibb Mərkəzi, Gəncə və Şirvan Şəhər Mərkəzi Xəstəxanaları, Abşeron, Yevlax, Şamaxı, Füzuli, Beyləqan və Qazax Rayon Mərkəzi Xəstəxanaları tərəfindən aparılıb.

 

İşğaldan azad olunan ərazilərə köçürülən əhali üçün kateqoriyalarına uyğun olaraq müvafiq mütəxəssislər tərəfindən, o cümlədən kliniki-laborato və instrumental müayinələr həyata keçirilib.

 

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində və “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunur.

 

Müayinələrin aparılmasında əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

 

Qeyd edək ki, bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Füzuli rayonuna ümumilikdə 680 ailə, 2557 nəfər TƏBİB tabeli tibb müəssisələrində tibbi müayinədən keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır