Təhsil işçilərinin vaksinasiyası könüllü olmalıdırmı?
10.08.2021 18:05
Artıq yeni tədris ili yaxınlaşır. AR Nazirlər Kabinetinin qərarına əsasən, tədrisə hazırlıq məqsədilə ölkə üzrə vaksinləşdirmə prosesi sürətləndirilib.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris və təhsildə keyfiyyət şöbəsinin müdiri, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Samir Cavadov hesab edir ki, peyvəndlənmə tələbələr üçün, xüsusilə də tibb tələbələri üçün çox önəmlidir: "Təhsil prosesinin əyani olmasını hər kəs istəyir. Bu, xüsusilə də tibb sahəsində təhsil alanların marağındadır. İndi hər bir tələbənin, eləcə də professor-müəllim heyətinin, köməkçi heyət üzvlərinin hər birinin vaksinasiya prosesinə qoşulması zərurəti yaranıb".
S.Cavadov qeyd edir ki, artıq ATU əməkdaşları arasında peyvənd alanların sayı kifayət qədərdir. Proses davam edir: "Mən özüm də bir tədris işçisi və mikrobioloq kimi vaksinasiya olunmuşam. Bundan öncə koronavirusa yoluxsam da, yenə də peyvənd vurdurmuşam. Çünki artıq xəstələnməyimdən 6 ay keçib. Bunu etməklə özümüzlə yanaşı, ətrafımızı da düşünmüş oluruq”.
Mikrobioloq xatırladır ki, vaksini əldə edə bilməyən ölkələrə rəğmən, Azərbaycanda bu baxımdan problem yaşanmır, vətəndaşlarımız bir neçə çeşid peyvənd vurdura bilirlər.
"Bəzən valideynlərdən eşidirik ki, onlar övladlarının peyvənd vurdurmasından qorxurlar. Hətta bu səbəbdən uşaqların təhsilini distant davam etdirməsinə belə razıdırlar. Halbuki, tələbələrin özləri əyani təhsilə qayıtmaq istəyirlər. Çünki tibb sahəsində distant təhsil əyani praktikanın yerini verə bilməz. Tələbələr çox məqamı öz gözləri ilə görməli, birbaşa baxaraq öyrənməlidirlər. Keçən tədris ilində biz yuxarı kurslarda əyani, aşağı kurslarda isə onlayn tədris aparmaqla, qarışıq forma tətbiq etdik. Amma bu gün tam əyani tədrisə keçmək imkanı varsa, bu imkanı dəyərləndirmək lazımdır. Hətta mən təklif edərdim təhsil işçiləri və tələbələr üçün vaksinasiya məcburi olsun".
Vaksinin üstünlüklərindən danışan S.Cavadov qeyd edir ki, immunitetim yüksəkdir, bədənim güclüdür virusa yoluxmayacam düşünənlər səhv edirlər. Bu zaman əksər insanlar orqanizmin müqavimət ilə xəstəliyə qarşı yaranan immuniteti qarışdırırlar: "Bu, hər hansı bir xəstəliyə qarşı yaranan immunitetdir. Biz özümüz də uşaqlıq dövründə bir neçə infeksiyalara qarşı (qızılça, məxmərək və s.) vaksinasiya olunmuşuq. Eləcə də, yetkinlik dövründə bəzi vətəndaşlar, xüsusilə tibb işçiləri hepatit B virusuna qarşı vaksinasiya olunurlar. Yəni, biz artıq peyvəndləşmənin üstünlüklərindən xəbərdarıq".
Mikroobioloq həkim bildirir ki, vaksinasiya ictimai hal alarsa, əhalinin 80 faizi immunitet qazanmış olarsa, bu xəstəliyə qalib gəlmiş hesab oluna bilərik. Odur ki, doktor S.Cavadov hər kəsi peyvənd olunmağa, həm özünü, həm ətrafdakıları qorumağa çağırır.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

