Uşaqların dənizdə rahat və təhlükəsiz əylənməsini necə təmin etməli? - Pediatr-neonatoloq
09.08.2021 10:52
“Valideynlər, ilk növbədə, uşaqların dənizdə rahat və təhlükəsiz əylənməsini təmin etməlidir”.
İsti yay günlərini yaşayırıq. Çoxları şəhərdən kənara çıxıb dəniz kənarında dincəlməyə gedir. Dəniz uşaqların da sevdiyi istirahət məkanıdır. Necə edək ki, uşaqlarımız dəniz kənarında, çimərliklərdə özlərinə ziyan vurmadan yaxşı dincələ bilsinlər? Ümumiyyətlə, uşaqları neçə yaşdan dənizə aparmaq olar?
Aztibb.az xəbər verir ki, bu barədə “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova dənizdə istirahəti rahat və təhlükəsiz keçirmək üçün öz tövsiyələrini bölüşüb.
Həkimin sözlərinə götə, valideynlər bilməlidir ki, 6 ayı tamam olana qədər uşaqları dənizə aparıb suya salmaq olmaz. Lakin dəniz havasında gəzdirmək olar. 6 aydan sonra isə dənizə aparıb suya salmaq olar.
- Dənizin təmiz olmasına diqqət etmək lazımdır. Natəmiz olan yerdən uşaqlara infeksiya keçə, onların səhhətində problemlərə yol aça bilər.
- Dəniz suyu duzlu olduğuna görə, uşağı suda 20 dəqiqədən çox saxlamaq olmaz. Uşağı sudan çıxaran kimi dərhal təmiz su ilə yuyub qurulamaq lazımdır.
- Uşaqları təmiz dəsmal ilə quruladıqdan sonra mütləq günəş şüalarından qoruyan kremlər çəkmək lazımdır. Bu kremlər uşaqları ultrabənövşəyi şüaların təsirindən qoruyur, yanıqların yaranmasının qarşısını alır. Günəşdən qoruyan kremi uşağın bədəninə həm suya girməzdən 20 dəqiqə əvvəl, həm də sudan çıxdıqdan sonra hər 1,0-1,5 saatdan bir çəkmək məsləhətdir.
- Uşaqları saat 11-ə qədər, ya da 17-18-dən sonra çimərliyə aparmaq məsləhətdir. Amma D vitamini sintezi saat 11-15 arasında getdiyi üçün uşaqları həmin müddətdə 10 dəqiqəlik də olsa, kölgəli yerdə saxlamaq lazımdır.
- Uşaqlar kölgədə qum və su ilə oynamağı sevir. Özünüzlə günəşdən qorunmaq üçün çətir, kiçik hava ilə doldurulan hovuz və yerə sərmək üçün adyal və ya yüngül xalça götürün.
- Dəniz kənarında 5-10 saat vaxt keçirmək planınız varsa, dondurulmuş su, istidən tez xarab olmayan məhsullar, meyvə-tərəvəz götürün. Dondurulmuş su istiləndikcə, gün ərzində istifadə edə biləcəksiniz.
- 2 yaşından yuxarı uşaqların qum və su ilə oynaması üçün qablar (formalar) alın. Özünüzlə kiçik vedrə də götürün, belə ki, bu vedrənin suyu ilə uşaqlar yeməkdən qabaq əllərini və ayaqlarını rahat yuya biləcəklər.
- Suya girərkən uşaqların başlarına papaq qoyun, gözlərinə eynək taxın, qollarına qolcuqlar geyindirin. Xilasedici jilet və halqalardan istifadə etməyi onlara öyrədin.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

