Ənənəvi təbabətdə təsviri sənət terapiyası – İkinci yazı
09.08.2021 08:26

Psixoterapiyada art terapiya metodu ən cavan metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq edib. Bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar. Tədris müəssisələrdən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan artterapiyanı müxtəlif incəsənət növləri ilə həyata keçirmək mümkündür.

 

Aztibb.az kökləri antik Şərq mədəniyyətinə dayanan və hazırda dünyada önəmli müalicə üsullarından birinə çevrilən artterapiya haqqında növbəti yazını təqdim edir.

 

Artterapiya əsasən güclü stressə məruz qalan, bədbəxt hadisə ilə üzləşən, yaxınlarını itirən və ya yaxınları ağır xəstə olan insanlara, psixiatrik diaqnozlu insanlara, depressiyalara meyilli olanlara, həmyaşıdları arasında özünü narahat hiss edən, çətin qavrayan uşaqlara və ya kəllə-beyin travmalarından sonrakı dövrlərdə tədbiq olunur.

 

Artterapiyanın 60-dan çox növü var. Musiqi-terapiya, imaqo-terapiya, foto-terapiya, izoterapiya, oyun-terapiya, biblio-terapiya, qum-terapiya, rəqs-terapiya, maska-terapiya və s. növlər. Artterapiyada ən çox “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmalar tətbiq olunur.

 

 

 

Tibbi sənət terapiyasından daha çox depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqları və hətta autizm pozuntusunda müalicə vasitəsi kimi istifadə edilir.

 

İzoterapiya art terapiyanın ən geniş tətbiq olunan növüdür. İzoterapevtlər insanlara öz həyacanlarını düşünmədən, qəfildən rəsm çəkməklə ifadə etmələrini məsləhət görürlər. Emosiyaları, gizli fantaziyaları, problemləri danışmaqdansa, çəkmək daha asandır. Rəsm çəkərkən insan özünü qınayan fikirləri, onu çərçivəyə salan sərhədləri aşır. Bu terapiya zamanı yuxuların rəsmə köçürülməsi də təklif olunur.

 

Musiqi terapiyası da sağlamlığa müsbət təsiri ilə seçilir. Musiqi terapiyasından ən çox Alzheimer xəstəliyi, yuxusuzluq, müxtəlif depressiv hallar zamanı istifadə edirlər. İş qabiliyyətinin artırılması və fiziki ağrıların azalması üçün də musiqi terapiyasının xeyri var. Bu terapiya zamanı əsasən klassik musiqiyə qulaq asılır. Xəstənin aktiv bir şəkildə hərəkət etməsi tələb olunursa, məsələn, musiqi oxumaq və ya çalmaq kimi, bu aktiv sayılır. Xəstə bir dinləyici kimi çıxış edərsə, terapiya passiv hesab olunur. 

 

Biblioterapiya psixoterapiya, psixokorrektoriya, psixologiya, bibliologiya kimi müxtəlif üsulları əhatə edir. Biblioterapiya, bir mütəxəssis tərəfindən xüsusi olaraq seçilmiş ədəbiyyatı oxumaqla xəstəyə təsir göstərir. Terapiyanın məqsədi xəstənin zehni sağlamlığını normallaşdırmaqdır.

 

Terapiya zamanı bir adam hər şeyi bir oxucu gündəliyinə yazır. Bundan sonra qeydə alınan məlumatlar təhlil edilir. Diaqnoz zamanı müştərilər psixoloqla birlikdə oxuduqları kitabların təsirini analiz edirlər ki, bu da xəstələrin şəxsi problemlərini başa düşməsinə kömək edir.

 

Rəqs terapiyası emosiyaların rəqsdə təzahürüdür. Rəqs edərkən isə insan yığılıb qalan mənfi enerjini özündən kənarlaşdırır.

 

Emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapevtin əsas işi bu simvoları açmaqdır. Bunun üçün ilk olaraq o qrafo-analizi bilməlidir.

 

 

 

Çox vaxt vəziyyətlərini təsvir edərkən insanlar inciklik, qəzəb, təcavüz, laqeydlik, tənbəllik, narahatlıq, təəssüf və daha çox şeyləri tərk edirlər. Bütün bunlar sanki kətan üzərinə tökülür. İlk rəsm seansından sonra xəstə əhəmiyyətli bir rahatlama hiss edir, çünki uzun illər davam edən emosional yükdən xilas olur.

                                                                                                                                                  

Artterapiya insanın zehni və emosional vəziyyətinə möhkəmləndirici, sakitləşdirici, stimullaşdırıcı, rahatlaşdırıcı təsir göstərir. Ümumi fiziki inkişafa, sosial inkişafa faydalı olur.

 

XX əsrin ortalarından başlayaraq, Avropa ölkələrində çoxalmağa başlayan sənət terapiyası mərkəzləri və dərnəkləri hazırda Braziliyada, Kanada, Finlandiya, Livan, İsrail, Yaponiya, Hollandiya, Rumıniya, Cənubi Koreya və İsveç daxil olmaqla dünyanın bir çox ölkələrində professional şəkildə fəaliyyət göstərir.

 

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
Həyat yoldaşına böyrəyini bağışladı
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 “Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresi işə başlayıb