ÜST koronavirus əleyhinə peyvənd təşəbbüsünə 172 ölkənin qoşulacağına ümid bəsləyir
25.08.2020 10:50

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) dünyanın 172 ölkəsi tərəfindən dəstəklənə bilər. Kütləvi istifadəyə yararlı peyvənd hazır olduqdan sonra ilk mühüm addım dünyanın ən yüksək riskli regionlarındakı insanları peyvəndlə təmin etməkdən ibarət olacaq.

Aztibb.az xəbər verir ki, bu fikirləri ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib. O, qeyd edib ki, bu təşəbbüs koronavirus peyvəndlərinə ədalətli çıxışı təmin etməlidir. Təşəbbüsün uğur qazanması üçün isə əlavə maliyyə vəsaitlərinə ehtiyac var və üzv ölkələr bir sıra öhdəliklər götürməlidir.

T.Qebreyesus, həmçinin bildirib ki, bu təşəbbüs çərçivəsində hazırlanacaq vaksin mümkün qədər aşağı qiymətə satılmalı və hamı üçün əlçatan olmalıdır. “Peyvənd millətçiliyi”ni tənqid edən ÜST-ün rəhbəri bu cür yanaşmanın yalnız virusun işinə yaraya biləcəyini vurğulayıb.

ÜST ölkələri bu təşəbbüsə qoşulmağa çağırmaqla, ilk növbədə, dünyanın yoxsul regionlarındakı insanların peyvəndlə təmin olunmasına çalışır.

Qeyd edilməlidir ki, artıq Romanın yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış “Lazzaro Spallanzani“ xəstəxanası koronavirus əleyhinə peyvənd maddəsinin insanlar üzərində sınağına başlayıb. Xəstəxana rəhbərliyi ilk könüllü şəxsə peyvənd vurulduğunu elan edib. Xəstəxananın həkimləri üç min könüllü arasından 90 nəfəri seçiblər və testlər uğurla başa çatacağı təqdirdə alman-italyan birgə istehsalı olan vaksinin kütləvi istehsalına başlanılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır