İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir filialı üçün vakansiya elan edir
27.07.2021 11:07

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Aztibb.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir şəhərində fəaliyyət göstərən filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir.

          Vəzifə öhdəlikləri:

Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
Filialın səmərəli işinin təmin edilməsi;
Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə  mütəmadi hesabatın təmin edilməsi.

           Vəzifə üçün tələblər:

Ali tibb təhsili (namizədin tibb təhsili ilə yanaşı ali iqtisadi və ya ali hüquq təhsilinin olması arzuolunandır);
5 ildən az olmayaraq əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində, inzibati sahədə iş təcrübəsi arzuolunandır);
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
Ofis proqramları üzrə biliklər.      

Maraqlanan namizədlər CV-lərini 27 avqust 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub