Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
24.08.2020 12:12

Epidemiyalara Hazırlıq Sahəsində İnnovasiyalar üzrə Koalisiya (CEPI), Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilən COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən mexanizmdir.

 

Bu barədə Aztibb.az-a Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilib.

 

Məlumatda bildirilir ki, bu mexanizmə peyvəndlərlə bağlı GAVI ilə işləyən 92 ölkə və fərdi qaydada maliyyə dəstəyi göstərən 80 ölkə daxildir.

 

"COVAX dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir. COVAX-ın məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır. Bu peyvəndlər paylanarkən ilk öncə tibb işçilərinə üstünlük veriləcək, daha sonra iştirakçı ölkələrin əhalisinin 20%-ni əhatə etməsi üçün genişləndirilərək bütün iştirakçı ölkələrə əhalilərinin nisbətlərinə uyğun bərabər şəkildə çatdırılacaqdır. Bundan sonra isə əlavə dozalar ölkələrdəki ehtiyac, həssaslıq və COVID-19 təhlükəsi nəzərə alınaraq paylanacaqdır. COVAX mexanizmi böyük alovlanmalara qarşı mübarizə daxil olmaqla, fövqəladə hallarda və humanitar məqsədlərlə istifadə üçün də ehtiyat doza saxlayacaq.

 

Bu təşəbbüsün müvəffəqiyyəti hökumətlərin kifayət qədər maliyyə ayırmasından və peyvənd istehsalçılarının qlobal həll yolunun təqdim edilməsi məqsədilə geniş miqyasda iştirak öhdəliyindən asılı olacaq. COVAX mexanizmi tezliklə 165 ölkə ilə - peyvəndləri öz daxili büdcələri hesabına maliyyələşdirən və əvvəlcədən ödəniş ilə avqustun sonunadək doza almaq öhdəliyi götürən, bununla COVAX mexanizmində iştirakını təmin etmələri tələb olunan ölkələrlə konsultasiya prosesinə başlayacaq. COVAX tərəfdaşları bu günə qədər əhəmiyyətli bir irəliləyiş əldə ediblər. Belə ki, doqquz namizəd peyvənddən yeddisi kliniki sınaqlarda CEPI tərəfindən dəstəklənib".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır