Xroniki böyrək çatışmazlığı olan xəstələrə isti havalarda TÖVSİYƏLƏR/MÜSAHİBƏ
13.07.2021 14:03
Sepsis (sepsis bədənimizin hər hansı bir infeksiyaya qarşı verdiyi reaksiyanın səbəb olduğu, bəzi hallarda potensial ölüm təhlükəsi daşıyan bir haldır) antibiotik və digər dərman maddələri ilə nəzarət altına alına bilmədikdə, sepsis kolonundan istifadə olunur.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov “Həkimlə görüş” rubrikasında böyrək zədələnmələrinin müalicəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verərkən belə deyib.
  
- Xroniki böyrək çatışmazlığı COVID-19 xəstəliyi üçün nə dərəcədə risk faktorudur?
 
- Xroniki böyrək çatışmazlığı xəstələri, immun sisteminin cavab mexanizmində olan problemlər səbəbindən risk qrupuna aid edilirlər. Bu səbəbdən bu qrupa aid olan xəstələrin peyvənd olunmasına öncəlik verilir və daha diqqətli olmaları tövsiyə olunur.
 
- Sepsis kolonu nədir?
 
- Sepsis (sepsis bədənimizin hər hansı bir infeksiyaya qarşı verdiyi reaksiyanın səbəb olduğu, bəzi hallarda potensial ölüm təhlükəsi daşıyan bir haldır) antibiotik və digər dərman maddələri ilə nəzarət altına alına bilmədikdə, sepsis kolonundan istifadə olunur. Bu prosedur həkimə xəstəliyi müalicə etmək üçün zaman qazandırır və digər orqan və sistemlərin zədələnməsini azaldır.
 
- Reanimasiyada olan xəstələrdə terminal böyrək zədələnməsinin müalicəsi necə aparılır?
 
Bu tip vəziyyətlərdə böyrək əvəzedici cihazların tətbiqinə qədər, xəstələrin günlük və saatlıq böyrək funksiyası testləri aparılır, maye balansına, istfadə olunan antibiotiklərin və digər dərmanların dozalarına ciddi nəzarət olunur. Ehtiyac olduqda gündəlik laborator müayinələrin nəticələrinə və klinik vəziyyətə əsasən böyrək əvəzedici müalicədən (hemodializ, günlük hemodializ, yavaş və uzunmüddətli hemodializ, hemodiafiltrasiya və s.) istifadə olunur.
 
- Böyrək transplantasiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı qəbul olunan ummunosupressiv dərmanların dozasının dəyişilməsinə ehtiyac varmı?
 
Qəbul olunan ummunosupressiv preparatlar və digər dərmanların dozası nefroloq nəzarəti altında dəyişilməlidir.
 
- Xroniki böyrək yetməzliyi və böyrək transplantasiyası zamanı peyvənd oluna bilərmi?
 
- Hər iki xəstə qrupuna daxil olan insanların ölkəmizdə olan istənilən peyvənd vasitəsilə peyvənd olunması məsləhət görülür.
 
- Xroniki böyrək çatışmazlığı olan və böyrək transplantasiyası edilmiş xəstələrə isti havalarla əlaqədar tövsiyələriniz.
 
- Uzun müddət susuz qalmamaq, maye balansına ciddi nəzarət etmək, günün pik saatlarında müvafiq qoruyucu vasitələrdən istifadə edərək günəş şüalarından qorunmaq, mövsümi məhsulların (qarpız, yemiş, üzüm və s.) qəbulunda diqqətli olmaq.
 
- Hemodializ xəstələrində sepsis təhlükəsi varmı?
 
- Bəli, hemodializ xəstələri də immunsupressiv (bədən müqaviməti zəif olan) xəstələr qrupuna aid edildiyi üçün COVID-19 törədicisi və ya digər infeksiyalar səbəbindən sepsis yaranması təhlükəsi var. Hemodializ prosedurları zamanı infeksiya damar yollarından daxil ola bilər və belə vəziyyət ölümcül sepsisə gətirib çıxara bilər.
 
- Xroniki böyrək xəstəliyi üçün risk qrupunda olanlar kimlərdir?
 
Xroniki böyrək xəstəliyi üçün risk yaradan hallar aşağıdakılardır:
 
- Şəkər xəstəliyi, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri;
- Piylənmə (bədən kütlə indeksi >30kq/m2);
- Siqaret çəkmə;
- Böyrək daşı xəstəliyi, təkrarlanan sidik yolları infeksiyası;
- Tez-tez ağrıkəsici dərmanlardan istifadə edilməsi;
- Revmatoloji xəstəliklər;
- Yaşın 60-dan yuxarı olması:
 
Yuxarıda sadalanan risk faktorları olan insanların şikayətlərinə əsasən müəyyən zaman aralıqlarında nefroloq müayinəsində olmaları məsləhət görülür. Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalında COVID-19 xəstələrinin müalicəsində ilk dəfə olaraq sepsis kolonundan istifadə olunub. Belə ki, dərman preparatlarının tətbiqi effektsiz olduqda, sepsis kolonundan istifadə edilir. Bu üsul həkimlərə vaxt qazandırır və xəstəliyin müalicəsində daha effektiv nəticələr əldə etməyə imkan verir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev