Baş nevroloq: "Azərbaycanda insult mərkəzlərinin yaradılmasına ehtiyac var"
06.07.2021 17:23
"Ənənəvi metodlar effektli olsa da, trombolizis müalicənin yerini vermir".
Hər il dünyada 6-7 milyon insan insult keçirir. Bu statistikada Azərbaycan da yer alır. Amma təəssüf ki, qonşu ölkələrdən fərqli olaraq, bizdə insult xəstələrini müalicə etmək üçün heç bir mərkəz fəaliyyət göstərmir. Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının asisstenti, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova məlumat verib.
D.Xəlilovanın sözlərinə görə, onlara ən çox müraciət edənlər beyin qan dövranı pozulanlar, insult xəstələridir: “Bu xəstəlikdən əmək qabiliyyətini itirən və əlillik alanların faizi çoxluq təşkil edir. Xəstələr insult olduqları vaxt 2-3 saat ərzində tibbi müdaxilə olmasa, onlara zamanında yardım edilməsə, ya əlil olur, ya da dünyasını dəyişirlər. Belə xəstələrin, demək olar ki, 30-35 faizi ilk gündən dünyasını dəyişir və yalnız 15-20 faizini əvvəlki həyat tərzinə qaytarmaq mümkün olur. Xəstəlikdən I və II qrup əlil olanlar var”.
Nevroloq D.Xəlilova xəstəliyə əsasən yaşlı, ahıl şəxslərin məruz qaldığını, amma bəzən uşaqlar və gənclər arasında da beyin qan dövranının pozulması halına rast gəlindiyini qeyd edib. O, xəstəliyi yaradan risk amillərinin yüksək olduğunu deyib, buna misal kimi, ətraf mühitdən qəbul edilən gərginliyi, stressi, passiv həyat tərzini, artıq çəkini və s. göstərib: “Bir çox səbəblər insanlarda insultun yaranmasına səbəb olur. Məsələn, arterial təzyiqi, arterial hipertenziya və şəkərli diabeti olan xəstələr xroniki tərzdə gedən qan pozğunluğuna, kəskin insultlara məruz qalırlar. Son vaxtlar ən çox işemik tipli insultlarla rastlaşırıq ki, bu da hemaratik tip insultlardan 5 dəfə çoxdur. Doğrudur, hemaratik tip insultlar ağır olduğunudan, xəstələnənlər arasında ölüm faizi yüksək olur. Amma işemik tipli xəstələrdə ocaqlar böyük olur və bunun təhlükəli tərəfləri daha çoxdur”.
D.Xəlilova ölkəmizdə insult mərkəzlərinin olmaması ilə bağlı narahatlığını da çatdırıb: “Xaricdə, o cümlədən qonşu ölkələrdə insult mərkəzləri fəaliyyət göstərir. Bu cür xəstələr aşkar olunanda, onları müalicə etmək üçün insult mərkəzlərinə aparırlar. Mərkəzlər bu tip xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdığından, onlara trombolizis müalicə tətbiq olunur. Xaricdə trombolizis mərkəzləri də fəaliyyət göstərir. Bu, böyük bir sistemdir. Amma bizdə hələ belə mərkəzlərin yaradılması üçün müzakirələr aparılır. Azərbaycanda bu cür xəstələr aşkar olunanda müayinə edir, ürəyi qiymətləndirir, xəstənin arterial təzyiqdən əziyyət çəkib-çəkmədiyini müəyyənləşdirdikdən sonra plana uyğun müalicə aparırıq. Beyin sisteminin funksiyasını yaxşılaşdırmaq üçün lazımi dərman preparatlarından istifadə edirik. Doğrudur, bu müalicənin effekti olur, amma trombolizis sistemin yerini vermir”.
Bu bölməyə aid digər xəbərlər
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
26.10.2026 | 14:14
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
İİV-lə bağlı stiqma xəstələrdə diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir - Müsahibə
11.09.2026 | 14:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər
18.10.2026 | 14:28
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33

