Qadağan olunan tədqiqatdan kəşfə
14.06.2021 12:35

Aztibb.az 14 iyun Ümumdünya qan donoru günündə qan qruplarının kəşfi ilə bağlı maraqlı tarixi məlumatı izləyicilərinə təqdim edir:

 

Xəstəlikdən əbədi sakitliyə

 

Qanın insanlarda və heyvanlarda fərqli olduğunu alimlər XX əsrin əvvəllərində müəyyən edə bildi. Hələ XVII əsrdə Britaniyada həkim Riçard Louer itdən itə qan köçürmə əməliyyatı etdi və sonra quzu qanını insanlara köçürməyə başladı. O zamanlar daha çox ruhi xəstəlikdən əziyyət çəkən insanlara quzu qanı vururdular. Bu yolla onu sakitləşdirməyə çalışırdılar. Həmin insan isə əbədi olaraq sakitləşirdi.

 

Qadağan olunan tədqiqat 150 il sonra

 

Fransada Kral XIV Louis sarayının üzvü Jan-Baptist Denis təcrübələri sayəsində uyğun olmayan qanları qarışdırdıqda meydana gələn anormallığı ilk izah edənlərdən oldu. Ancaq bu elmi araşdırma səbəbindən ölüm halları çox baş verdiyi üçün Fransa hökuməti qan köçürülməsini qadağan etdi və Denisi həbs olundu. Halbu ki, 150 il sonra İngilis hökuməti bu tədqiqatı davam etdirəcəkdi.

 

XIX əsrin əvvəlində insandan insana qan köçürülməsinə başlandı. Lakin bu da ilk vaxtlar lazımi nəticəni vermirdi. Həkim Karl Landtşteyner insanlarda qan qruplarının müxtəlif olduğunu müəyyən edənə qədər bu belə də davam etdi.

 

Avstriyalı həkim-immunoloq Karl Landşteyner 1868-ci ilin bu günü anadan olub. Landtşteyner müşahidə etdi ki, bir insanın qanındakı eritrositlərlə başqa bir insanın qanını qarışdırdıqda bu eritrositlər bəzən bir yerə toplanır, bəzən isə yox. Bir sıra tədqiqatlardan sonra 1901-ci ildə Karl Landşteyner 3 müxtəlif qan qrupunu aşkar etdi. Buna görə o həm də Nobel mükafatı aldı.

 

Ümumdünya Donor Günü kimi qeyd olunan 14 iyun tarixi də Karl Landştaynerin doğum gününün şərəfinə seçilib.

 

Qan qruplarının 4 qrupa ayrılmasını isə ilk dəfə Çex alimi Yan Yanski təklif etdi. Alim 1907-ci ildə qan qruplarına dördüncü qrup əlavə etdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev