Peyvəndləmə zamanı hər iki dozanın eyni şirkətin istehsalı olması məsləhətdir
10.06.2021 14:57

Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını artırır. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev eyni şəxsin vaksinasiya olunaraq fərqli şirkətlərin istehsal etdiyi peyvəndlərdən istifadə edilməsinə münasibət bildirib. 

 

Aztibb.az-ın məlumatına görə, Vasif Əliyev bildirib ki, vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur. Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: “Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın”.

 

Onun dediyinə görə, fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır. Bu baxımdan müxtəlif qrup peyvənddən istifadə olunması tövsiyə edilmir.

 

Hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur. İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir: “Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Yalnız Johnson&Johnson peyvəndi bir dozada istifadə olunur və həmin peyvənd bizim ölkədə yoxdur. Lakin onun qoruyuculuğu digər peyvəndlərdən daha aşağıdır. Ona görə də mütləq iki dozada vurulmalıdr ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur”, - deyə V.Əliyev bildirib.

 

Həkim-infeksionist əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub