“Samsung” tibb sahəsində tətbiq üçün elastik ekranlar hazırlayır
07.06.2021 11:16

“Samsung Electronics” şirkətinin mütəxəssisləri insanın dərisinə bərkidilə bilən elastik OLED ekranlar hazırlayıblar. Yeni texnologiya əsasında hazırlanmış daşınan həllər real vaxt rejimində nəbz və digər biometrik məlumatları izləməyə və göstərməyə imkan verəcək.

 

Aztibb.az 3dnews.ru saytına istinadən yazır ki, tədqiqatın nəticələri “Science Advances” nəşrində dərc edilib.

 

Dünyada ilk dəfə elastik ekranlar əsasında işləyən məhsulların işi əyani nümayiş etdirilib. “Samsung Advanced Institute of Technology” elmi tədqiqat bölməsi tərəfindən hazırlanmış yeniliklər "fotopletizmoqrafiya" sensoruna malik yeni tip matrislərin uğurlu inteqrasiyasını nümayiş etdirir.

 

Əsas tədqiqatçı Yun Yanq Сunun sözlərinə görə, texnologiya böyüklər, uşaqlar və hətta körpələr, həmçinin müəyyən xəstəlikləri olan pasiyentlər üçün daşınan tibbi cihazlarda tətbiq edilə bilər.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb