Türk alimin gərginlik ölçən dəsti 20-dən çox ölkəyə ixrac edilir
11.04.2024 11:32

Ankara Bilkent Şəhər Xəstəxanası Biokimya Laboratoriyası koordinatoru, prof. Özcan Erel tərəfindən hazırlanan və bədəndəki kimyəvi stressi ölçən yerli araşdırma dəsti dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Yıldırım Beyazıt Universiteti Tibb fakültəsinin də müəllimi olan Özcan Erel ABŞ-ın Stenford Universitetinin koordinasiyasında həyata keçirilən “Dünyanın Ən Nüfuzlu Alimləri” siyahısında birinci yerdədir. O, bir çox milli və beynəlxalq elmi mükafatlara layiq görülüb. Sonuncu dəfə Prezident Rəcəb Tayyib Ərdoğandan "Əsas Tibb Elmləri" kateqoriyasında İbn Sina Xidmət Mükafatını alıb.

 

Bədəndəki kimyəvi stresslə əlaqədar "oksidləşdirici stress" adlı tədqiqat aparan və bu mövzuda ilk yerli araşdırma dəstini hazırlayan Erel bu barədə açıqlamalar verib. O, hazırladığı tədqiqat dəstlərinin beynəlxalq miqyasda geniş istifadə sahəsinə malik olduğunu vurğulayıb.

 

Prof. Özcan Erel, araşdırma dəstlərinin ölkəyə daha əvvəl idxal edilən analoqlarını əvəzlədiyinə və məhsulların xaricə ixracının iqtisadiyyata əlavə dəyər verdiyinə diqqət çəkib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır