Mərkəzi Klinikada bağırsaqların nadir inkişaf qüsuru ilə doğulmuş körpə əməliyyat olunub
06.06.2021 18:14
Ölüm riski yüksək olan, bağırsaqların nadir və ağır inkişaf qüsuru ilə 2200 qram çəkidə doğulmuş körpə uşaq cərrahiyyəsi və urologiyası sahəsində uzman həkim Fuad Hüseynovun rəhbərlik etdiyi Mərkəzi Klinikanın həkimlər qrupu tərəfindən əməliyyat olunub. 
 
Aztibb.az xəbər verir ki, bu barədə uzman həkim F.Hüseynov məlumat verib.  Onun sözlərinə görə, bu problemlə doğulan körpələrin 60%-nin yaşama ehtimalı yoxdur.
 
F.Hüseynov bildirib ki, körpənin bağırsaqları anormal yerləşirdi, acı bağırsağın ucu kor bağırsaqda qurtarırdı və geniş idi: "Digər bağırsaqlar bətndaxili işləmədiyi üçün olduqca incə idi və bağırsaqları qidalandıran damarlarda ciddi problem mövcud idi (Tip lll b Christmas tree və ya Apple-peel)".
 
 
Həkim qeyd edib ki, tam sağlam şəkildə evinə yola salınan körpə hazırda 9 aylıqdı və yaşıdlarından geri qalmır.
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
AQTİ vakansiya elan edir
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!